Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bakıdakı restoran: Burada yeməklər Çindən gətirilən məhsullarla hazırlanmır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıdakı restoran: Burada yeməklər Çindən gətirilən məhsullarla hazırlanmır

Koronavirus təhlükəsinin dünya səviyyəsində həyəcan yaratması bir çox sahələrdə, xüsusilə də qida sahəsində insanların ciddi narahatlığına səbəb oldu.

 

Ölkəmizdə də müştərilərinə çin yeməkləri təklif edən restoranlar, onlayn suşi xidməti göstərən səhifələr var. Maraqlıdır, koronavirus həmin məkanlarda müştərilərin, eləcə də sifarişlərin azalmasına necə təsir edir?

 

Bakıda yerləşən bir neçə Çin restoranı ilə əlaqə saxlanıb.

 

“Hong Kong” restoranından bildirilib ki, burada yeməklər Çindən gətirilən məhsullarla hazırlanmır:

 

“Biz müştərilərə də izah edirik ki, Çin mətbəxi o demək deyil ki, məhsullar Çindən gəlməlidir. Ətdən boluq, qurbağa istəyən isə yoxdur. Çin restoranı olsaq da, bizdə bəzi yeməklərə heç vaxt ehtiyac olmayıb. Bitkilərin, ədviyyatların hamısı özümüzdə yetişir, yaxud da İrandan gəlir. Çindən gələn bir dənə də məhsulumuz yoxdur. Amma tam olaraq Çin resepti ilə bişirmək üçün vasitələrin hamısı bizdə var”.

 

“Jasmine” restoranından isə bu məsələnin müştəri azalmasına heç bir təsirinin olmadığı bildirildi.

 

“Shin Shin” restoranından isə qeyd ediblər ki, həmişəki müştəriləri yenə də gəlməyə davam edirlər.

 

Onlayn suşi xidməti göstərən səhifələrdən birindən bu aylarda sifarişlərin həmişə az olduğu deyilib:

 

“Hər il yanvar-fevral aylarında nəinki bizdə, istənilən sferada iş zəif olur. Hazırkı zəifliyin mövsümlə, yoxsa virusla əlaqəsinin olduğunu deyə bilmərik”.

 

Digər bir səhifədən də bildirilib ki, onların məhsulları Çindən deyil, Rusiya və Ukraynadan gətirilir.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© "Modern"

04.02.2020 13:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ