Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Azərbaycana Hyundai-ların idxalında gecikmələr gözlənilmir”- AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərbaycana Hyundai-ların idxalında gecikmələr gözlənilmir”- AÇIQLAMA

Hyundai avtomobillərinin Azərbaycandakı rəsmi distribyütoru “Auto Azərbaycan” şirkəti (Hyundai Azərbaycan) Cənubi Koreyanın avtomobil istehsalçısı “Hyundai Motors Company”nin fəaliyyətini dayandırması ilə bağlı məlumatı təkzib edir.

 

Reklam_3_11

Şirkətdən “Marja”ya verilən məlumata görə, “Hyundai Motors”un Cənubi Koreyada yerləşən zavodlarında avtomobil istehsalında gecikmələr var, lakin bunun Azərbaycana təsiri yoxdur:

 

“Bu gün yayımlanan məlumata görə Cənubi Koreya höküməti Çində davam edən “Corona” virus böhranı səbəbiylə, bir müddət Çindən idxalı dayandırıb.

 

Cənubi Koreya avtomobil istehsalçısı “Hyundai Motors Company” Cənubi Koreyada yerləşən zavodların bir sıra xammal və ehtiyyat hissələrini Çindən əldə etdiyi üçün avtomobil istehsalında gecikmələrin ola biləcəyini açıqlayıb. Buna baxmayaraq zavodlar öz fəaliyyətini davam etdirir.

 

“Auto Azərbaycan” şirkəti Cənubi Koreya ilə yanaşı “Hyundai Motors Company”nin Çexiya və Rusiyada yerləşən zavodlarından da avtomobil idxal edir. Yeni avtomobillərin və ehtiyyat hissələrinin idxalı ilə bağlı hal hazırda gecikmələr gözlənilmir”.

04.02.2020 14:25

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ