Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

2 qurum gübrə, pestisid, toxum, ting təchizatçıları ilə görüş keçirəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
2 qurum gübrə, pestisid, toxum, ting təchizatçıları ilə görüş keçirəcək

Fevralın 6-da Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) və Aqrar Xidmətlər Agentliyi (AXA gübrə, pestisid, toxum, ting təchizatçıları ilə görüş keçirəcək.

 

Görüşdə 200-dək təchizatçı iştirak edəcək. Görüşdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində təchizatçılar üçün yaradılmış modul təqdim ediləcək.

 

“Məqsədimiz təchizatçıların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatını sürətləndirməkdir. Fermerlər subsidiyalarını aldığı müddətdə bütün təchizatçılar Subsidiya İnformasiya Sistemində qeydiyyatdan keçmiş və alışları kartla qəbul etməyə hazır olmalıdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına geniş və liberallaşmış təchizatçı bazarından seçim vermək, subsidiyalarından tamamilə rahat istifadə etməyə şərait yaratmaq bu gün qarşımızda duran əsas vəzifədir” – deyə AKİA sədri Mirzə Əliyev bildirib.

 

Təchizatçılarla görüş 6 fevral, 2020-ci il tarixdə, saat 11:00-də “Pullman otel”də keçiriləcək.

 

Əlaqələndirici şəxs: Afət Yaqubova +994 252 02 47

05.02.2020 08:09

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ