Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Hər 1000 vergi ödəyicisindən yalnız 2-sində yoxlama aparmışıq”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Hər 1000 vergi ödəyicisindən yalnız 2-sində yoxlama aparmışıq”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Vergi orqanı daha az yoxlayıb, daha çox vergidən yayınma aşkarlayıb.


 

Reklam_3_11

“Vergi Administrasiyası sərt nəzarətə və yoxlamalara deyil, vergi ödəyicilərinin könüllü şəkildə vergi öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə üstünlük verir”.

 

“Marja”nın məlumatına görə, bunu “Vergi islahatları: birlikdə kölgədən işığa doğru” mövzusunda konfransda İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

 

Nazirin sözlərinə görə, vergi yoxlamalarının sayı əhəmiyyətli şəkildə azalıb:

 

“Aktiv fəaliyyət göstərən hər 1000 vergi ödəyicisindən yalnız 2-sində səyyar vergi yoxlaması aparılıb. Əvvəlki illə müqayisədə yoxlamaların sayı 44% azalıb, lakin vergi ödəyicilərinin fəaliyyətlərinin risk modolları üzərindən təhlil olunması, vergidən yayınma hallarının müasir texnologiyalardan əsaslanaraq  aşkarlanması sayəsində əlavə hesablanmış məbləğlər 18% artıb. Vergi daxilolmalarının 91%-i könüllü ödəmələrinin payına düşür, daxilolmaların cəmi 9% müxtəlif nəzarət tədbirlərinin hesabına təmin edilir”.

 

Mikayıl Cabbarov əlavə edib ki, rəhbərlik etdiyi Nazirlik sahibkarları dinləməyə və qarşılaşdığı problemləri həll etməyə hazırdır.

12.02.2020 06:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ