Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bakı Dövlət Universiteti lüks avtomobil aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı Dövlət Universiteti lüks avtomobil aldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı Dövlət Universiteti “Subaru Azərbaycan” şirkətindən 1 ədəd avtomobil alıb.

 

“Marja” xəbər verir ki, Bakı Dövlət Universiteti “Subaru Azərbaycan” MMC ilə müqavilə bağlayıb. Məbləği 124 min 500 manat olan müqavilə “Nəqliyyat vasitəsinin satın alınmasını"n nəzərdə tutur.  

 

Satınalma haqqında əlavə məlumatda bildirilir ki, alınan avtomobil 2020-ci istehsalıdır və sedandır.

 

Açıqlamaya görə, 3,5 litr mühərrikli və qara rəngli avtomobil dəri oturacaqlara, avtomatik oturacaq tənzimlənməsinə, ABS, EBD təhlükəsizlik sistemlərinə, panorama lyuka, arxa görüntülü kamerasına, ön və arxa oturacaqların qızdırılması sisteminə və s. malikdir.

 

"Marja"nın rəsmi satış mərkəzindən əldə etdiyi məlumata görə, hazırda Azərbaycanda 124 min 500 manata Subaru avtomobili yoxdur, qiymətlər 100 min maantdan aşağıdır.

 

Azərbaycanda 5 avtomobil markasını (Toyota, Mazda, Honda, Subaru, Mitsubishi) təmsil edən "Group Motors" şirkətlər qrupu Bakı Dövlət Universitetinin tenderinə “Subaru Azərbaycan” şirkəti vasitəsilə qatılıb. Universitetin əldə etdiyi avtomobil Toyota Avalon modelidir. 

 

13.02.2020 08:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ