Novruz bayramında İrandan Azərbaycana turist axını gözlənilir
Bu il Novruz bayramında Tehran ilə yanaşı, Təbriz, Məşhəd və İsfahan şəhərlərindən də Bakıya çarter reysləri təşkil olunacaq.
Bu sözləri İranın “Aysan pərvaz” turizm şirkətinin baş direktoru Seyid Məhəmməd Mirrezayi deyib. O bildirib ki, ötən il şirkət 25 min nəfərin Azərbaycana səfərini təşkil edib. Qarşıdan gələn Novruz bayramında isə İrandan Azərbaycana 15 mindən çox turistin səfəri planlaşdırılıb.
Şirkət rəhbəri nəzərə çatdırıb ki, Azərbaycan İranın ən yaxın qonşusudur və dövlətlərimiz arasındakı qarşılıqlı münasibətlərin inkişafı turizmin də inkişafına təkan verir. Xalqların qohumluq əlaqəsi, eyni milli və dini dəyərlərə malik olması İran turistlərinin Azərbaycana səfərlərini şərtləndirir. Onun sözlərinə görə, indiyə kimi heç bir turist Azərbaycandan narazı qayıtmayıb.
İranlı turistlər yalnız Bakı şəhərinə səfər etməklə kifayətlənmirlər. “Aysan pərvaz” şirkətinin Bakıda “Bakı star” filialı fəaliyyət göstərir. Filial Bakıda səfərdə olan turistlərin Azərbaycanın rayonlarına səfərlərini təşkil edir. Turistlər Qəbələyə, Xınalığa, Nabrana və digər görməli və gəzməli məkanlara aparılır.
Gələcək planlarından danışan S.M.Mirrezayi Naxçıvan Muxtar Respublikasına da çarter reyslər təşkil etmək niyyətində olduqlarını bildirdi. Hazırda bu istiqamətdə iş aparılır. Eyni zamanda, Azərbaycandan İrana turist səfərlərinin təşkil edilməsi üçün də planlar mövcuddur.
Baş direktor onu da nəzərə çatdırdı ki, Bakının gözəlliyi, tarixi abidələrlə zəngin olması və insanların qonaqpərvərliyi iranlı turistlərin diqqətini daha çox cəlb edir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
12 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 13 saat əvvəl
-
13 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
14 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl