Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

"Azərbaycan və San-Fransiskoda bir neçə startapa investisiya qoymuşuq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycan və San-Fransiskoda bir neçə startapa investisiya qoymuşuq"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünyada olan qabaqcıl trendləri Azərbaycanda tətbiq etməyə çalışan şirkətlər sırasında ATL şirkətlər qrupunu qeyd etmək olar. Qrup özündə müxtəlif sektorlara məxsus şirkətləri birləşdirsə də, əsas fokusu İT sahəsidir. ATL Group-a daxil olan və 2013-cü ildən fəaliyyətə başlayan ATL Tech şirkəti İT sahəsinə ən çox töhfə verən şirkətlərdən biridir. Şirkət IT konsaltinq, sistem inteqrasiyaları, proqram təminatı və həllər kimi istiqamətlərdə geniş çeşiddə xidmətlər təqdim edir.

 

Marja xəbər verir ki, bu yaxınlarda ATL Group-un rəhbəri Rəşad Mirzəyevşəxsi bloqunda ATL Tech-in ümumi İT ekosisteminə aid maraqlı yazı yayınlayıb. Oxucularımız və xüsusilə İT mütəxəssislərinin marağını nəzərə alaraq yazını olduğu kimi nəzərinizə çatdırırıq:

 

Yerli İT ekosistemində ATL-in rolu

 

Mur Qanunu nədir? (John Moore)

 

Mur Qanununda kompüterlərin xərcininin yarı-yarıya azalmasına baxmayaraq, bir mikroçipdəki tranzistorların sayının hər iki ildə iki dəfə artması barədə Murun qəbul etdiyi fikirlərə istinad edilir. Mur qanununda qeyd edilir ki, kompüterlərimizin sürətinin və imkanlarının hər iki ildən bir artacağını gözləyə bilərik və onlar üçün daha az ödəyəcəyik. Mur Qanununun başqa bir prinsipi bu artımın eksponent olduğunu iddia edir.

 

Intel-in həmtəsisçisi dəyişikliklərin hər iki ildən bir baş verəcəyini qeyd etsə də, “dot com bubble”un (internetin kütləvi qəbulu) meydana gəlməsindən etibarən temp xeyli artıb.

 

Yuxarıda qeyd edilən tarixi dəyişikliklər investor və sahibkarlar üçün o qədər çox sahələr və imkanlar yaratdı ki, bu dəyişiklikləri görməzlikdən gələnlər və ya qəbul etməyənlər üçün nəticəsi ağır oldu.

 

ATL Group-un fəaliyyətinin ikinci ilindən sonra, hazırda bölgənin ən böyük proqram təminatı şirkətlərindən biri olan ATL Tech-i (2013) yaratmaq qərarına gəldik.

 

ATL Tech qrupumuzun aparıcı qüvvəsidir və fəaliyyətə başladığı ilk gündən Azərbaycanda IT ekosisteminin inkişafına öz töhfəsini verməkdədir.

 

2013-cü ildən etibarən yaxşılar içərisindən ən yaxşısını işə götürməyə çalışmışıq. Bununla yanaşı, onları yenidən öyrətmək və qalıcı olmaları üçün əlimizdən gələni etmişik. Daxili təcrübə proqramını da müvəffəqiyyətlə həyata keçirmişik.

 

2015-ci ildən başlayaraq təcrübə proqramımıza top universitetlərdən ən qabaqcıl tələbələri qəbul edirik.

 

Tərəfdaş universitetlərdən (ADA, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi) ümumilikdə 142 tələbə qrupumuzda təcrübə keçib. Onlardan 30-dan çoxu ATL Group-dan iş təklifi alıb və digərləri davam edən mövcud iş və layihələrdə olan rollarını onlara etibar etdiyimiz üçün potensial iş imkanlarını əhəmiyyətli dərəcədə artırıblar.

Bundan əlavə, başqa yerlərdə karyeralarını davam etdirmək üçün ölkə xaricinə mühacirət etmiş keçmiş işçilərimizin statistikasını aparmışıq. 2015-ci ildən (valyutanın devalvasiyası ilə birbaşa əlaqəli) qeyd aparmağa başlamışıq və 29 komanda üzvü Accenture, EPAM, Volvo, SAP, Ernst&Young və digər şirkətlərlə işləmək üçün Azərbaycandan kənara köçüb.

 

Təcrübə və kadr dəyişikliyindən asılı olmayaraq, sənayenin inkişafı və onun peşə sahiblərinin hazırlanması sahəsində izlərimizi artırmağı planlaşdırırıq.

 

Lakin təhsilə diqqət yetirməzdən əvvəl səylərimizi və startap ekosistemindəki töhfələrimizi vurğulamaq istərdim.

 

ATL Tech “SUP.az”ın (2014) ilk İT akseleratorunun həmtəsisçisi idi və sonradan Innoland-in sakini oldu.

 

Hətta SUP-un təsisçisi ilə tərəfdaşlığa başlamazdan əvvəl iki əsas səbəblə startaplara yönəlmiş bir çox tədbiri təşkil etdik və onlara sponsorluq etdik. Birincisi, investisiya imkanlarına birbaşa çıxış əldə etmək və ikincisi, Azərbaycanda bu istiqamətin böyüməsini və inkişafını asanlaşdırmaq.

 

İndiyənədək özümüzü yerli startaplara potensial investor kimi təqdim edirik və bu işdə əldə etdiyimiz hər şansdan istifadə edirik. İndiyə qədər həm Azərbaycan, həm də San-Fransiskoda fəaliyyət göstərən bir neçə startapa investisiya qoymuşuq. Bundan əlavə, gələcək yayınlarımda startaplar və ATL Group-un ABŞ əsaslı şirkətləri mövzusuna toxunacağam.

 

2019-cu il ATL texnologiyası üçün çox məhsuldar il oldu, biz ATL Academy adlı yeni bir qurumu fəaliyyətə başlatdıq və texnologiya sənayesi üçün Expertech adlı bir görüş (meetup) platforması yaratdıq.

 

ATL Academy 2019-cu il dekabr ayında fəaliyyətə başlayıb və artıq tələbələrdən gələn yüksək tələblərlə üzləşirik. Daimi istedad çatışmazlığı ilə qarşılaşdığımız üçün uzun müddətə ATL Tech-ə fayda gətirəcək xüsusi kurslara diqqət yetirməyə qərar verdik. Bundan əlavə, texnologiyada təhsil sahəsinə daxil olmaq üçün sərfəli bir fürsət gördük. 2020-ci il üçün seçdiyimiz əsas kurslar C#, Java, Python, AWS, məhsullar üzrə idarəetmə, Front-End və şəbəkə əsaslarıdır. Bu kursları tədris etməklə məzunlarımızın nəinki bacarıqlarının möhkəmləndirmələrinə, hətta istədikləri iş şanslarını ikiqat artırmalarına çalışırıq.

 

Qrup şirkəti olaraq, Academy-ni texnoloji şirkət tərəfindən birbaşa dəstəklənən yeganə akademiya olduğunu qeyd etməyə ehtiyac olmadan böyük potensiala sahib, yüksəlməkdə olan bir qurum hesab edirik. Bu nəinki açıq-aşkar iş şansıdır, bununla yanaşı, tədris edilən kurslarda industriada olan real canlı hadisələri nümayiş etdiririk.

 

İndustriyadan söz açmışkən, 2019-cu ilin əvvəlində cəmiyyətə və industriaya dəyər qatması baxımından nələr etdiyimiz və nələrə nail olduğumuz haqda gəldiyimiz nəticələr bizi qane etmədi. Bundan əlavə, ölkədə texnologiya sənayesi və ona olan maraq sürətlə böyüyür və komandamız daha çox dəyər yaratmaq üçün bilik və təcrübə mübadiləsi aparmaq istəyir. Buna görə biz Expertech platforması yaratdıq. Əsasən aylıq olaraq, iştirakçılar üçün pulsuz tədbirlər təşkil edir və bu sahədəki yüksək nəaliyyətlər əldə etmiş idarəçiləri bilik və təcrübələrini bölüşmələri üçün dəvət edirik. İndiyədək Google, Microsoft, EY Hollandiya, Cisco və həm dövlət, həm də özəl yerli təşkilatlardan qonaqlarımız olub. Bizim işimizə töhfə verən bütün spikerlərə təşəkkürümü bildirmək istəyirəm. Biz əminik ki, Expertech-i daha yeni yüksəklərə daşıyacağıq. Görüşlər əvvəlcədən sosial media hesablarımızda elan olunur. İndiyədək 500-dən çox insan görüşlərimizi ziyarət edib və maraqlananlar hər yeni görüşlərimizə qoşula bilər.

 

Hazırda 2013-cü ildən etibarən industriyaya birbaşa dəyər qatması baxımından etdiyimiz işləri bölüşdüm. Daha sonra, daxili olaraq ATL Tech-də gördüyümüz işlərə diqqət yetirmək istərdim. İlk gündən etibarən, satdığımız hər məhsulun intellektual mülkiyyətimiz olduğuna əmin olmaq istəyirik. Bu o deməkdir ki, proqram təminatı məhsullarını özümüz sıfırdan inkişaf etdirməliyik. İndiyədək portfelimizdə Azərbaycan istehsalı olan brendləşdirilmiş 10 proqram təminatı məhsulu yaratmışıq. 2020-ci ildə portfeldəki məhsulları ikiqat artırmağı planlaşdırırıq və hamısı eyni şəkildə brendləşdirilmiş olacaq. Bununla yanaşı, biz yaratdıqlarımızın yüksək ixrac potensialına malik olmasından əmin olmalıyıq. Müştərilərimizin İT infrastrukturu və proqram təminatına texniki dəstək məsələsinə gəldikdə, bu strategiyanı tətbiq edərək biz ATL Group olaraq, Azərbaycanlı müştərilərin gündəlik ehtiyaclarını ödəmək üçün imkanları olmayan xarici tədarükçülərdən asılı olmadığına əmin oluruq. Hansı ki, bizimlə çalışmağa başlayan müştərilərin bizə müraciətinin səbəbi bu idi. Neft mərkəzli iqtisadiyyatın yenidən yönləndirilməsi olan müasir günümüzdə, biz öz üzərimizə düşən vəzifəni yerinə yetirmək üçün əlimizdən gələni edirik.

Sonda fəxr etdiyimiz uğurlardan birini bölüşmək istəyirəm: 2019-cu ilin birinci rübündən etibarən süni intellekt (AI) üzərində işləmək üçün ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində uğurlu şəkildə komanda topladıq. Qrup Azərbaycan dilində mətn tanıdan nitq üçün platforma yaratmağa yönəlmişdi. Hazırda ortalama 90% dəqiqlik səviyyəsinə çatmışıq. Bu o deməkdir ki, sistemimiz Azərbaycan dilini mükəmməlliyə yaxın səviyyədə anlayır. Eyni texnologiyalar Google və Siri tərəfindən istifadə olunur, lakin o platformalarda Azərbaycan dili prioritet deyil. Buna görə də ölkənin müxtəlif sahələrində texnologiyamızın tətbiq olunmasına çox böyük ümidlərimiz var.

 

Qısa müddət ərzində olmaq istədiyimiz pilləyə yaxınlaşmışıq. Lakin irəliləmək üçün təkcə ATL kimi deyil, bütün sahələr üzrə açıq fikirli və daim müsbət dəyişikliklərə meylli olmalıyıq. Rifah və yeniliyin ayrılmaz hissəsi olan təhsili gözardı edə bilmərik.

17.02.2020 08:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ