Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda nağd xarici valyutanın alqı-satqısı azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda nağd xarici valyutanın alqı-satqısı azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ildə manatın xarici valyutalara nəzərən məzənnəsi valyuta bazarında tələb-təklif nisbəti və tədiyə balansındakı meyillərə uyğun olaraq formalaşmışdır.

 

Marjanın məlumatına görə, Mərkəzi Bankın Pul Siyasəti İcmalında bildirilir ki, iqtisadi subyektlərin xarici iqtisadi əməliyyatlarının dinamikası hesabat ilində valyuta bazarında əməliyyatların həcmini müəyyənləşdirən başlıca amil olmuşdur.

 

İl ərzində qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 9.4% artaraq 27.8 milyard ABŞ dolları ekvivalentində olmuşdur.

 

 Qeyri-nağd valyuta bazarında əməliyyatların 82.8%-i ABŞ dollarında, 17.2%-i digər valyutalarda aparılmışdır.

 

Qeyri-nağd valyuta əməliyyatlarının 33.7%-i banklararası valyuta bazarında (BVB), 66.3%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılmışdır.

 

Hesabat ilində BVB-də əməliyyatların 96%-i ABŞ dollarında, 3.7%-i avroda, 0.3%-i isə digər valyutalarda aparılmışdır.

 

BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşmışdır. BDVB-də valyuta əməliyyatlarının həcmi 18.4 mlrd. dollar ekvivalentində olmuşdur ki, bunun da 76.2%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil etmişdir.

 

BDVB-də valyuta əməliyyatlarının 91.3%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşür.

 

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 17.7% azalaraq hesabat dövründə 5.7 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 4.5 mlrd. dollarını və ya 78.9%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir.

17.02.2020 15:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ