Azərbaycanda traktor istehsalı dayandı
2020-ci ilin yanvar ayında Azərbaycanda traktor istehsal edilməyib.
“Marja”nın rəsmi mənbələrdən əldə etdiyi məlumata görə, Gəncə Avtomobil Zavodu yanvarda Belarus traktorlarının yığımını dayandırıb.
İstehsalın dayanmasının səbəblərindən biri traktorların satılmamasıdır. Zavodun anbarındakı 286 traktor öz müştərisini gözləyir.
Azərbaycanda traktor istehsalında tənəzzül ötən il başlayıb. Belə ki, 2019-cu ildə ölkəmizdə 905 ədəd traktor istehsal edilib. 2018-ci illə müqayisədə traktor istehsalı 30.5% azalıb.
2018-ci ildə ölkəmizdə 1303 ədəd traktor istehsal edilmişdi.
Azərbaycanda traktorların yeganə istehsalçısı Gəncə Avtomobil Zavodu 2007-ci ildən etibarən dövlət sifarişi əsasında müxtəlif modeldə traktorlar yığaraq “Aqrolizinq” ASC-yə təhvil verirdi. “Aqrolizinq” aldığı traktorları lizinq şərtləri ilə fermerlərə satırdı.
2019-cu ildən mexanizm dəyişib. Artıq texnikaların güzəştli şərtlərlə əldə edilməsini Aqrar Kredit və İnkişaf Agentliyi təşkil edir. Agentlik Gəncə Avtomobil Zavodundan və digər şirkətlərdən traktor alaraq fermerlərə satmır. İndi seçim azaddır. Fermer istədiyi təchizatçıdan (şirkətdən) texnikanı (o cümlədən traktoru) seçir, müqaviləsini bağıayır, pulunu ödəyir və sonra 40% güzəşti almaq üçün Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət edir. Yəni, 40% güzəştlə traktor alan zaman mütləq Gəncə Avtomobil Zavodunun traktorunu almaq tələbi yoxdur.
Ehtimal ki, dövlət sifarişlərinin olmaması ilə də bağlı olaraq Gəncə Avtomobil Zavodunun istehsalı azalıb. Azərbaycan bazarında müxtəlif markaların traktorları satılır və fermerlə bu traktorları da dövlətin dəstəyi ilə əldə edə bilirlər. Qısası, bazarın liberallaşması Gəncə Avtomobil Zavoduna mənfi təsir edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
14 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
15 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 15 saat əvvəl
-
15 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 16 saat əvvəl
-
18 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 18 saat əvvəl
-
18 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
18 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir