Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda minik avtomobili istehsalı azalıb, 134-ü anbarlardadır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda minik avtomobili istehsalı azalıb, 134-ü anbarlardadır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin Yanvar ayı ərzində Azərbaycanda 192 ədəd minik avtomobili istehsal edilib (yığılıb). 2019-cu ilin Yanvar ayı ilə müqayisədə minik avtomobili istehsalı 2,2 dəfə artıb.

 

Reklam_3_11

2019-cu ilin Dekabr ayı ilə müqayisədə isə minik avtomobili istehsalı 33% azalıb. 

 

01.02.2020-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 134 ədəd təşkil edib. 01.01.2020-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 175 ədəd təşkil etmişdi.

 

Xatırladaq ki, 2019-cu il ərzində Azərbaycanda 2360 ədəd minik avtomobili istehsal edilib (yığılıb). 2018-ci illə müqayisədə minik avtomobili istehsalı 2,4 dəfə artıb.

 

2019-cu ilin Yanvar ayında 89 ədəd, Fevralında 87 ədəd, Martında 107 ədəd, Aprelində 153 ədəd, Mayında 490 ədəd, İyun ayında 186 ədəd, İyul ayında 192 ədəd, Avqust ayında 192 ədəd, Sentyabr ayında 192 ədəd, Oktyabr ayında 192 ədəd, Noyabr ayında da 192 ədəd, Dekabr ayında 288 ədəd minik avtomobili istehsal edilib.

 

Azərbaycanda Neftçala və  Naxçıvan yerləşən zavodlar minik avtomobilləri yığırlar.

17.02.2020 16:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ