Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Daha bir Avropa ölkəsinə fındıq ixrac ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha bir Avropa ölkəsinə fındıq ixrac ediləcək

Azərbaycan ilk dəfə olaraq İsveçrəyə fındıq ixrac edəcək.

 

Reklam_3_11

Bunu Bakıda keçirilən Azərbaycanda Biznes və Peşəkar Assosiasiyalara dəstək üçün tərəfdaşlıq sammitində çıxış edən “Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri İsmayıl Orucov deyib.

 

İ.Orucovun sözlərinə görə, hazırda Azərbaycanda fındıq bağlarına xəstəliyin yayılmaması üçün işlər görülür: "Fındıq ixracında müsbət dinamika müşahidə olunur. Belə ki, 2018-ci ildə 105 mln ABŞ dolları, 2019- cu ildə isə 125 mln ABŞ dolları dəyərində fındıq ixrac olunub. Hazırda ümumilikdə 80 min hektar fındıq sahəsi var ki, onun da 40 min hektarı yüksək məhsuldarlıqlı sahələrdir. Əgər məhsuldarlıq artsa, müsbət dinamika bu il də müşahidə olunacaq".

 

Xatırladaq ki, ötən il Azərbaycan 12 ölkəyə soyulmuş fındıq ixrac edib. Azərbaycan fındıqları Rusiya, İtaliya, Almaniya, Polşa, Estoniya, Litva, Fransa, Gürcüstan və digər ölkələrə göndərilib. 

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© Report 

18.02.2020 12:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ