Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

50 milyon manatlıq yeni zolaq - istənilən hava gəmiləri qəbul ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
50 milyon manatlıq yeni zolaq - istənilən hava gəmiləri qəbul ediləcək

Naxçıvan Beynəlxalq Hava Limanında ikinci uçuş-enmə zolağının inşası başa çatıb.

 

Reklam_3_11

Yeni uçuş-enmə zolağının inşası hava limanının tam fasiləsiz fəaliyyət göstərməsinə, ən əsası isə istənilən geniştutumlu hava gəmilərinin qəbuluna imkan verəcək.

 

Uçuş-enmə zolağının uzunluğu 3,3 km, eni isə 60 metrdir.

Ümumi sahəsi 2500 kvadratmetr olan zolaqda tikinti işləri iqlim şəraiti və beynəlxalq tələblər nəzərə alınmaqla aparılıb.

Zolağın naviqasiya və işıqlandırma sistemləri də tam müasir tələblər səviyyəsindədir. Gecə uçuşlarının həyata keçirilməsi üçün uçuş zolağı hər iki istiqamətdə işıq-siqnal avadanlıqları ilə təmin edilib. Ərazidə peyk siqnallarını tənzimləyən yerüstü naviqasiya sistemləri, çətin hava şəraitində təyyarələrin təhlükəsiz qəbulu və uçuşu üçün avtomatlaşdırılmış metroloji radiolokator quraşdırılıb, radiorabitə vasitələri yenilənib. Bu, yerli və beynəlxalq dəhlizlər üzrə hava şəraiti haqqında məlumatların operativ və dəqiq ötürülməsinə imkan verəcək.


Naxçıvan Beynəlxalq Hava Limanından İstanbula (həftədə 2 dəfə) və Moskvaya (həftədə 1 dəfə) birbaşa reyslər həyata keçirilir. Yanvar ayında 45 minə yaxın sərnişin aeroportun xidmətlərindən istifadə edib.

 

Naxçıvan Beynəlxalq Hava Limanında ikinci uçuş-enmə zolağının inşası layihəsinin ümumi dəyəri 50 milyon manatdır.

21.02.2020 03:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ