Banklar lizinq şirkətlərini itirə bilərlər - “FAİZLƏRİ BİZİ QANE ETMİR”
Azərbaycanın bir sıra lizinq şirkətləri bankların kredit şərtləri ilə cəlb edilən vəsait ilə lizinq xidmətləri göstərməyin az sərfəli olduğunu bildirirlər.
Marja-nın maliyyə bazarlarındakı öz mənbəsindən əldə etdiyi məlumata görə, bir sıra lizinq şirkətləri istiqraz emissiyasına hazırlaşırlar.
Mənbənin sözlərinə görə, artıq bankların verdiyi kredit faizləri lizinq şirkətlərini qane etmir, bu səbəbdən istiqraz buraxılışı yolu ilə qiymətli kağızlar bazarından vəsait cəlb etməyi düşünürlər.
“Lizinq şirkətləri hesab edirlər ki, onlar kapital bazarlarından banklar tərəfindən təklif olunan faizdən 2-3 faiz bəndi aşağı faizlər ilə vəsait cəlb edə bilərlər. Hazırda lizinq şirkətləri istiqraz emissiyası ilə bağlı bazar araşdırması aparırlar və yaxın günlərdə onların istiqraz emissiyasına başlayacaqları gözlənilir”,- mənbə Marja-ya bildirib.
Qeyd edək ki, Azərbaycanda əksər lizinq şirkətləri banklardan aldıqları kreditlər hesabına lizinq məhsulları təklif edirlər. İnvestor ilə lizinq şirkətləri arasında vasitəçinin (bankların) olması cəlb edilən vəsaiti bahalaşdırır. Qiymətli kağızlar bazarında isə sərmayəçilərdən daha sərfəli şərtlər ilə vəsait cəlb etmək imkanı yaranıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin
-
21 saat əvvəl
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
-
23 saat əvvəl
Motosikllər və elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək
- 23 saat əvvəl