Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Ötən il dövlət büdcəsinə 112 milyon manat ödəmişik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Ötən il dövlət büdcəsinə 112 milyon manat ödəmişik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın aparıcı mobil rabitə operatoru "Azercell Telekom" 2019-cu ildə dövlət büdcəsinə 112 milyon manat ödəniş həyata keçirib.

 

Bunu "Azercell"in ötən ilin yekunlarına dair təşkil etdiyi konfransda çıxış edən şirkətin prezidenti Vahid Mürsəliyev deyib.

 

Onun sözlərinə görə, ümumilikdə, 23 il ərzində bu rəqəm 1 milyon 845 milyon manat olub.

 

"Şirkət tərəfindən ölkənin telekommunikasiya sahəsinin inkişafına ötən il 94,5 milyon ABŞ dollarından çox, ümumilikdə isə 1 milyon 621 milyon dollardan artıq sərmayə yatırıb. 2019-cu ildə sosial layihələrə ümumilikdə 253 min dollardan artıq vəsait sərf edilib ki, bu göstərici 23 il ərzində 19 milyon dolları ötüb", - deyə V. Mürsəliyev qeyd edib.

 

V. Mürsəliyev onu da əlavə edib ki, 2019-cu il ərzində "Azercell" 1 617 ədəd yeni radio baza stansiyası (RBS) qurub ki, bunlardan 1 217 ədədi 4G şəbəkəsini dəstəkləyir: "Şəbəkə vasitəsilə ötürülən internet trafikin həcmi 304% artıb. Ötən ilin sonu şirkət tərəfindən ölkədə və Cənubi Qafqazda ilk 5G pilot şəbəkəsi istifadəyə verildi".

 

​© APA

21.02.2020 10:30

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ