Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Vasif Talıbov Ali Məclisə yeni Aparat rəhbəri təyin etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vasif Talıbov Ali Məclisə yeni Aparat rəhbəri təyin etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 22-də Ülvi Hüseynlinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri təyin edilməsi haqqında Fərman imzalayıb.

 

Reklam_3_11

Fərmanda deyilir:

 

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Ülvi Mötəbər oğlu Hüseynli Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri təyin edilsin”

 

Qeyd edək ki, Ülvi Hüseynli bu təyinatdan əvvəl Ali Məclis Aparatında Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı. O, həm də Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədridir.  Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvü, Dövlət Qulluğunun Baş müşaviridir. Azərbaycan Respublikası Prezidentinin  ötən il imzaladığı Sərəncamla “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

22.02.2020 09:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ