Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Daha bir müəssisənin fəaliyyəti məhdudlaşdırıldı - FOTOLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha bir müəssisənin fəaliyyəti məhdudlaşdırıldı - FOTOLAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

 

Reklam_3_11

Belə ki, AQTA əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 64 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əliyeva Əsmiyyə İltifat qızına məxsus un məmulatlarının istehsalı müəssisəsində yoxlama keçiriblər.


AQTA-dan Marja -ya daxil olmuş məlumata görə, ümumi sahəsi 25 m2-lik ayrıca tikilidə təşkil edilmiş kustar üsulla “Xaçapuri” və ”Simit” istehsalı və satışı ilə məşğul olan sexdə yoxlama zamanı sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi, məhsulun istehsalı prosesində texnoloji prinsipə əməl olunmadığı müəyyən olunub.

 

Sexdə istifadə olunan sobanın, işçi masaların, araba və listlərin, qabların, alət və ləvazimatların və unlu məmulatlar yığılan rəfin istismar müddətinin bitdiyi, onların təmizlənməsi, dezinfeksiyası normalara uyğun olaraq aparılmadığı müəyyən edilib. Unun saxlanması, ələnməsi, yoğrulması, bişirilməsi, hazır məhsulun rəfdə yığılması və satışının eyni sahədə təşkil edildiyi aşkarlanıb. Bu isə qida təhlükəsizliyi baxımından istehsal olunan məhsulların fiziki, kimyəvi və mikrobioloji çirklənməsi üçün əsaslı təhlükə yaradacaq risk ehtimalını artırır.

 

İstehsal olunmuş məhsullardan nümunələr götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.


Qanunvericiciliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırıb.

 

AQTA tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlər bundan sonra da davam etdiriləcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.

28.02.2020 09:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ