Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bakı 1-ci Media Forumu keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı 1-ci Media Forumu keçiriləcək

Martın 18-də Bakı I Media Forumu təşkil olunacaq.

 

Təşkilatçının Marja-ya təqdim etdiyi məlumata görə, Forumun əsas mövzusu Azərbaycanda xəbər istehlakı, medianın vəziyyəti, yeni trendlər və tətbiq olunan yeniliklər haqqında olacaq.

 

Tədbirdə bir çox media və PR mütəxəssisləri, biznes adamları, influenserlər və müxtəlif şirkətlərin nümayəndələri çıxış edəcəklər.

 

Forum INPRESS PR Solutions-un təşkilatçılığı ilə həyata keçirilir.

 

Forumun əsas məqsədi son illərdə sürətlə dəyişən media ənənələri və vasitələrinə diqqət çəkmək, yeni media alətlərinin ölkədə tətbiqini təşviq etmək, vətəndaşların xəbər istehlakı vərdişlərini müzakirə etmək və bu sahədə dünyanın qabaqcıl ölkələrində tətbiq olunan təcrübələri jurnalistlər, PR mütəxəssisləri, tələbələr və mövzuya maraqlı olan digər şəxslərlə bölüşməkdir.

 

Hilton Baku Hotel-də keçiriləcək forum 3 hissədən ibarət olacaq. Birinci hissədə 2019-2020-ci illərdə Azərbaycanda aparılan “Xəbər İstehlakı” tədqiqatının nəticələri haqqında məlumat veriləcək. 2-ci və 3-cü hissələr panel şəklində təşkil olunacaq.

 

Birinci paneldə xəbər qəbul etmə davranışları, media texnologiyaları, kontent və aparıcı media qurumlarının təcrübələri kimi məsələlər müzakirə olunacaq.

 

İkinci paneldə isə sosial medianın və influenserlərin informasiya çatdırılmasında kütləvi mediaya bənzər rolları haqqında danışılacaq.

 

İstəyən hər kəs tədbirdə iştirak edə bilər.

Yer: Hilton Baku Hotel,

Tarix: 18.03.2020,

Saat: 10:00 – 12:45.

28.02.2020 11:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ