Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Aznur”un idxal etdiyi ördək əti məhv edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Aznur”un idxal etdiyi ördək əti məhv edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

 

AQTA-dan verilən məlumata görə, “Aznur” MMC Belarusdan idxal olunan “Qalereya vkus” əmtəə nişanlı dondurulmuş ördək ətinə qida təhlükəsizliyi sertifikatının verilməsi üçün AQTA-ya müraciət edib. Agentlik əməkdaşları tərəfindən məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına təqdim edilib. Analizin nəticələrinə əsasən məhsulun tərkibində patogenlər və salmonella aşkarlanıb.

 

Təhlükəsizlik göstəriciləri texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan xalis çəkisi 317 kq olan “Qalereya vkus” əmtəə nişanlı dondurulmuş ördək əti Sumqayıt “Təhlükəli Tullantılar” poliqonunda məhv edilib.

02.03.2020 11:27

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ