Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bu markalı yanacaq gömrük rüsumundan azad edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu markalı yanacaq gömrük rüsumundan azad edilib

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə və “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edib.

 

Nazirlər Kabineti bu qərarları “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Neft Şirkəti ilə razılaşdırılmış təklifinə əsasən verib.

 

Aksiz dərəcələri ilə bağlı dəyişikliyə əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın və KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texnoloji məqsədlər üçün kerosinin 1 tonu 80 manatdan 1 manata endirilib.

 

Reaktiv mühərriklər üçün digər yanacaq və digər məqsədlər üçün kerosinin 1 tonu 80 manat məbləğində qalıb.

 

Gömrük rüsumlarının dərəcələri ilə bağlı dəyişikliyə görə isə reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın və KO-20 markalı işıqlandırıcı kerosin və KT-2 markalı texniki məqsədlər üçün kerosinin gömrük rüsumu 15%-dən 0%-ə endirilib.

 

Hər iki qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2021-ci il yanvarın 1-dək qüvvədədir.

 

© Report

02.03.2020 11:47

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ