Səudiyyə fondu Amrahbank-a maliyyə ayırmağa başlayır - İLK TRANŞ
® Amrahbank ilə Səudiyyə İnkişaf Fondu arasında imzalanacaq müqavilənin şərtləri müəyyənləşdirilib
Xəbər verdiyimiz kimi, 10.02.2020-ci il tarixində Amrahbank ilə Səudiyyə İnkişaf Fondu arasında maliyyələşmə xəttlərinin ayrılması barəsində müqavilənin imzalanması üzrə razılıq əldə olunub.
Bu gün, Amrahbank ilə Səudiyyə İnkişaf Fondu arasında birinci, 4 milyon ABŞ dolları məbləğində maliyyələşmə xəttinin ayrılması üçün imzalanacaq müqavilə Banka təqdim olunub. Əlavə olaraq, növbəti tranşların ayrılması üçün danışıqların başlanması razılığına gəlinib. Bu barədə Marja-ya Amrahbankdan bildirilib.
"Fondun təqdim etdiyi maliyyələşmə xəttləri Səudiyyə Ərəbistanından göndərilən məhsul və xidmət növlərinin maliyyələşdirilməsinə sərf ediləcək. Bu da müştərilərin kredit və ticarətin maliyyələşməsi ehtiyaclarını tam ödəmək imkanını yaradacaqdır. Xəttlərin yaxın zamanlarda Bankın müştərilərinə təqdim olunması nəzərdə tutlmuşdur",- Bankın məlumatında deyilir.
Amrahbank yarandığı gündən bu günə qədər beynəlxalq əlaqələrə böyük əhəmiyyət verir. Bu gün əldə olunan razılaşma bu strategiyanın uğurlu davamıdır.
Səudiyyə İnkişaf Fondu ilə Amrahbank 2011-ci ildən fəal əməkdaşlıq edir. Xarici banklarla müxbir münasibətlər, beynəlxalq maliyyələşmə və ticarətin maliyyələşdirilməsi Amrahbank fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Amrahbank Kuwait Finance House Group, Islamic Trade Finance Corporation (ITFC), Saba Islamic Bank, Islamic Corporation for the Development of the Private Sector (ICD), OPEC Fund for International Development (OFID), Gulf Finance House kimi beynəlxalq maliyyə institutları ilə uğurlu əməkdaşlıq qurmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
7 d. əvvəl
Azərbaycan dövləti 2024-cü ilin ilk 3 ayında 1 milyard 88 milyon manat borc ödəyib
- 16 d. əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
18 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 19 saat əvvəl
-
19 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
20 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 21 saat əvvəl
-
21 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 21 saat əvvəl