Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

TOPAZ koronavirusla mübarizəyə böyük vəsait ayırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
TOPAZ koronavirusla mübarizəyə böyük vəsait ayırdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam edir.

 

Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru olan “Caspiantech” QSC (“Topaz” bukmeyker şirkəti) öz növbəsində fondun hesabına virusla mübarizə məqsədilə 500 min manat məbləğində vəsait köçürüb.

 

Azərbaycanda idmanın müxtəlif növlərinin inkişafına layiqli töhfələr vermiş şirkətin fəaliyyəti əsasən beynəlxalq miqyaslı idman tədbirlərinə əsaslanır və bugünkü gündə onların hamısı təxirə salınsa belə, pərakəndə sektorunun iştirakçısı olan “Caspiantech” QSC korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq Azərbaycanda qlobal pandemiyaya qarşı aparılan tədbirlərə dəstək göstərməyi özünə borc bilir.

 

“Topaz” şirkəti bu çətin dövrdə hamıya can sağlığı arzulayır və bütün insanları virusdan qorunmaq üçün lazımi tədbirlər görməyə çağırır.

02.04.2020 19:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ