Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Beynəlxalq Bank bu ay ərzində tibb işçilərinə ödənişsiz xidmət göstərəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank bu ay ərzində tibb işçilərinə ödənişsiz xidmət göstərəcək

(®) Bütün dünyanı bürümüş COVİD-19 pandemiyasına qarşı mübarizədə böyük qəhrəmanlıq göstərən tibb işçilərimizə ehtiram nümunəsi olaraq Azərbaycan Beynəlxalq Bankı maraqlı bir kampaniya elan edib. 

7 aprel Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar start verilən kampaniya çərçivəsində aprel ayının sonunadək ölkəmizin tibb işçiləri bu bankın xidmətlərindən ödənişsiz istifadə edəcəklər. Məsələn, kassa əməliyyatları, respublika daxilində və xaricə köçürmələr, eləcə də hesablardan arayışların verilməsi və s. üçün tibb işçilərindən heç bir komissiya haqqı tutulmayacaq. Bankın ödənişsiz xidmətləri ilə bağlı məlumatları buradan əldə edə bilərsiniz.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev bildirib: “COVİD-19 pandemiyasına qarşı mübarizədə əsas yük tibb işçilərinin üzərinə düşür. Azərbaycanın tibb işçiləri bu prosesdə böyük fədakarlıq göstərirlər. Biz də yaratdığımız imkanlarla bu insanlara faydalı olmaq istəyirik. Pandemiyanın qarşısının alınmasına gərgin əmək sərf edən hər bir tibb işçisinə minnətdarlığımızı bildirirək onları kampaniyamızdan faydalanmağa çağırırıq”.

beynəlxalq bank səhiyyə tibb işçiləri xidmət covid
07.04.2020 10:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ