Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bank Respublika həssas əhali qruplarının özünüməşğulluğuna dəstək verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank Respublika həssas əhali qruplarının özünüməşğulluğuna dəstək verdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bank Respublika, ölkə başçısı İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək verdi.

Belə ki, Bank bu məqsədlə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandumuna qoşulmuşdur.

Memoranduma uyğun olaraq, Bank, Bakı şəhərində və regionlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərə, o cümlədən əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə iqtisadiyyatın müxtəlif sahələri üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq material, avadanlıq və digər əmlakları təqdim etmişdir.

“Bank Respublika, Prezident İlham Əliyevin Azərbaycanda fəaliyyət göstərən özəl banklara özünüməşğulluq proqramına qoşulmaqla bağlı çağırışına daha öncə digər məsələlərdə olduğu kimi böyük məmnuniyyətlə dəstək vermişdir. Ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafına hər zaman dəstək olan Bank Respublika, korporativ sosial məsuliyyət proqramlarına da hər zaman böyük önəm vermişdir. Biz inanırıq ki, proqramın iştirakçıları verilən dəstək sayəsində gələcəkdə daha böyük sahibkara çevrilə biləcəklər.  Bu isə, eyni zamanda gələcəkdə yeni iş yerlərinin yaradılması, sosial rifahın yüksəldilməsinə yardımçı olacaq”, deyə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.

Bankrespublika özünüməşğullu
08.04.2020 13:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ