Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Səudiyyə Ərəbistanı Avropadakı neft-qaz şirkətlərinin səhmlərini alır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Səudiyyə Ərəbistanı Avropadakı neft-qaz şirkətlərinin səhmlərini alır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Səudiyyə Ərəbistanı Suveren Fondu (Public Investment Fund, PIF) Avropanın neft-qaz şirkətlərində səhm paketləri almağa başlayıb.

Bu barədə “The Wall Street Journal” qəzeti mənbələrinə istinadən yazıb.

Reklam_3_11

Nəşrin yazdığına görə, Səudiyyə Ərəbistanı son həftələrdə dörd Avropa şirkətində ümumi dəyəri təxminən 1 milyard ABŞ dolları təşkil edən səhmlər əldə edib. O cümlədən “Equinor” şirkətinin, təxminən, 14,5 milyon ABŞ dolları həcmində səhmi PIF tərəfindən satın alınıb.

Qeyd edilir ki, Səudiyyə fondu rəsmi Ər-Riyad üçün əlverişli durum olan neft qiymətlərinin düşməsi və koronavirus pandemiyası səbəbi ilə qiymətlərin azalmasıyla əlaqədar kəskin səhm alışına başlayıb.

Xatırladaq ki, bazardakı tərəddüdlər martın 6-da keçirilən OPEC+ görüşündə iştirak edənlərin ortaq qərara gələ bilməməsindən sonra başlayıb. Rusiya 2020-ci ilin ikinci rübündə neft hasilatının daha 1,5 milyon barel/sutka azaldılması təklifini dəstəkləməyib. Danışıqların uğursuz olmasından sonra neftin qiyməti 30% ucuzlaşıb.

 

©️ “Report”

neft ərəb Avropa səhm Səudiyyə Ərəbistan
09.04.2020 12:06

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ