İcbari sığorta bitibsə cərimə tətbiq olunacaq - BÜRO MƏLUMAT YAYDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
İcbari sığorta bitibsə cərimə tətbiq olunacaq - BÜRO MƏLUMAT YAYDI

İcbari Sığorta Bürosundan Marja-ya bildirilir ki, nəqliyyat vasitələrinin icbari sığorta şəhadətnamələri onlayn şəkildə verilir. Bunun üçün nəqliyyat vasitəsi sahibinin sığorta şirkətinə  gəlməsinə ehtiyac yoxdur. 

Dövlət Yol Polisi İdarəsinin COVİD 19 pandemiyası ilə əlaqədar elan edilmiş karantin rejimində hərəkətdə olan avtomobillərin xüsusi texniki vasitələrlə aşkarlanması prosesinin dayandırılması barədə qərarı müddəti bitmiş  icbari sığorta müqavilələrinə aid deyil. 

Reklam_3_11

"Avtomobilin icbari sığorta müqaviləsinin müddəti bitibsə və sürücü buna baxmayaraq nəqliyyat vasitəsini idarə etməyə davam edirsə həmin avtomobil xüsusi texniki vasitələrlə aşkarlanacaq. Müvafiq qaydada cərimə tədbiq olunacaq.

Karantin müddətində sığorta şirkətlərinin fəaliyyətində heç bir məhdudiyyətin olmadığı üçün İcbari Sığorta Bürosu sürücüləri nəqliyyat vasitələrinin icbari sığorta şəhadətnamələrinin alınmasını onlayn şəkildə həyata keçirməyə çağırır",- məlumatda deyilir.

İcbari tibbi sığorta polis
12.04.2020 08:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ