Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

AÇG və Şahdəniz üzrə hasilat və ixrac göstəriciləri açıqlandı

Energetika Nazirliyi I rüb, həmçinin AÇG və Şahdəniz üzrə hasilat və ixrac göstəricilərini açıqlayıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
AÇG və Şahdəniz üzrə hasilat və ixrac göstəriciləri açıqlandı

2020-ci ilin I rübündə Respublika üzrə hasil edilmiş 9,3 mln. ton neftin (kondensatla birlikdə) 6,4 mln. tonu “Azəri-Çıraq-Günəşli”nin, 952 min tonu (kondensat) “Şahdəniz”in payına düşüb.

SOCAR üzrə neft hasilatı isə 1,9 mln. ton təşkil edib.

Energetika Nazirliyi nin yaydığı məlumata görə, I rübdə ixraca nəql olunan neftin kondensatla birlikdə  həcmi 7,6 milyon ton təşkil edib. Neftin 7,3 mln. tonu konsorsium, 324 min tonu isə SOCAR üzrə ixraca nəql olunub.

2020-ci ilin I rübü ərzində ötən ilin müvafiq dövrünə nisbətən 10% artımla 10 mlrd.m3 təşkil edən qaz hasilatının 3,5 mlrd.m3-i AÇG-dən, 4,7 mlrd.m3-i isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 1,8 mlrd.m3  qaz hasil olunub. 

Bu dövrdə xaricə qaz satışı 3,57 mlrd.m3  təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6% çoxdur.  I rübdə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə Türkiyəyə 23% çox, yəni 2,6 mlrd.m3 qaz ixrac edilib.  Gürcüstana  ixrac edilən qazın həcmi isə 923 mln. m3 olub.  Qeyd edək ki,  TANAP ilə  Türkiyəyə rüb ərzində 941 mln. m3 qaz olunub. İstismara veriləndən indiyə kimi  TANAP-la Türkiyəyə 5 mlrd. m3-ə yaxın qaz nəql edilib.

Azərbaycanın neft-qaz sənayesinin inkişafında mühüm rola malik “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə də indiyə kimi neft-qaz hasilatı və ixracı ilə bağlı göstəricilər dəqiqləşib. Belə ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən  aprelin 1-ə kimi 534 mln. ton neft (kondensatla birlikdə), 290 mlrd. m3 qaz hasil edilib. AÇG-dən aprelin 1-ə  kimi 505 mln. ton neft, 168,4 mlrd. m3 qaz hasil olunub. “Şahdəniz” istismara veriləndən 1 aprel tarixinədək 121,5 mlrd. m3 qaz, 29 mln. ton kondensat hasil edilib.  Bu yataqlardan indiyə kimi 527 mln. ton neft (kondensatla birlikdə),  80,3 mlrd. m3 qaz isə ixrac edilib.

15.04.2020 15:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ