Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda karantin rejiminin uzadılması üçün müraciət hazırlanır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda karantin rejiminin uzadılması üçün müraciət hazırlanır
Ramin Bayramlı,karantin rejimi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

20 Apreldən karantin müddətinin uzadılması nəzərdə tutulur. 

Marja xəbər verir ki, bunu keçirilmiş birifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

“TƏBİB, Səhiyyə Nazirliyi və digər təşkilatları birgə müraciət hazırlayır. Böyük ehtimalla, biz, vəziyyəti nəzarət altında saxlamaq üçün, statistik məlumatlara əsaslanaraq müraciət edəcəyik. Karantin rejiminin uzadılması barədə müraciət olacaqdır. Biz karantin rejiminin uzadılmasına ehtiyac olduğunu hesab edirik. Bu uzadılma başa çatdıqdan sonra karantin rejimindən mərhələli şəkildə çıxmalıyıq. Həmçinin hökumətə müraciətimizdə karantin rejimindən necə çıxa biləcəyimizi göstərəcəyik”,- Ramin Bayramlı bildirib.

Ramin Bayramlı qeyd edib ki, qarşıda daha ciddi problemlər ola bilər: "Heç birimiz arxayınlaşmamalıyıq. Yaxın bir il ərzində düşmənin bizə bir addım məsafədə olmasını unutmayaq. Yaxın bir il ərzində həyat tərzimizi dəyişməliyik. Gedişatdan asılı olaraq tədbirlərin daha da sərtləşdirilə biləcəyini unutmayın".

O deyib ki, karantin rejiminin tam aradan qaldırılması halında yenidən kütləvi yoluxmalar baş verə bilər: “Karantin rejimindən tədricən çıxmaqla bağlı xüsusi qaydalar hazırlanaraq ictimaiyyətə açıqlanacaq”.

"OPERATİV QƏRARGAH TƏKLİFLƏR VERMƏLİDİR"

Dünən müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdi:

"Son iki günün dinamikası, yəni, xəstələrin və sağalanların sayı arasındakı dinamika müəyyən nikbinliyə yol açır. Amma mən hələ ki vaxtı qabaqlamaq istəmirəm, hələ ki təhlil aparılır. Bildiyiniz kimi, karantin rejimi ayın 20-nə qədər qüvvədədir. Növbəti həftə ərzində həm Operativ Qərargah, həm bütün digər aidiyyəti qurumlar öz təkliflərini verməlidirlər ki, ayın 20-dən sonra biz hansı addımları atmalıyıq, karantin rejimi qüvvədə qalacaq ya yox, qalacaqsa hansı formada qalacaq. Biz yumşalmaya nə vaxtdan başlaya bilərik. Biz bütün bunları gərək dəqiq bilək. Bir daha demək istəyirəm ki, əsas məsələ xalqımızı bu xəstəlikdən qorumaqdır. İqtisadiyyat bərpa olunar. Biz indi fəal işləyirik və işləyəcəyik ki, bu vəziyyətdən minimum itkilərlə çıxaq".

15.04.2020 17:28

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ