Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda koronavirusa yoluxma faktı daha da azaldı - 2 ÖLÜM

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda koronavirusa yoluxma faktı daha da azaldı - 2 ÖLÜM
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Son 24 saatda Azərbaycanda 30 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Müqayisə üçün qeyd edək ki, 8 Apreldə 105 yoluxma (ən çox), 9 Apreldə 104 yoluxma, 10 Apreldə 65 yoluxma, 11 Apreldə 67 yoluxma, 12 apreldə 40 yoluxma, 13 Apreldə 50 yoluxma, 14 apreldə isə 49, 15 apreldə isə 56 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.

Operativ Qərargahdan Marja-ya daxil olan məlumata görə, son 24 saatda 56 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat etmişdir. Onlardan 1946-cı il təvəllüdlü şəxsin xronik ürək çatışmazlığı, 1961-cı il təvəllüdlü digər şəxsin isə limfoleykoz xəstəliyi olmuşdur

Hazırkı dövrədək ölkəmizdə 1283 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 460 nəfəri müalicə olunaraq sağalmış, 15 nəfər vəfat etmiş, 808 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Diqqəti cəlb edən son 24 saatda sağalanların (56 nəfər) sayının yoluxma faktını (30 nəfər) üstələməsidir. 

16.04.2020 17:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ