WTI nefti 19 dollardan da aşağı düşdü
Qərbi Texas xam neftinin (WTI) qiyməti 19 dollardan da aşağı düşüb.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 15:45-də Qərbi Texas xam nefti 8,3% ucuzlaşma ilə 18,34 dollardan, Brent nefti isə 2,5% ucuzlaşma ilə 28.54 dollardan alıcı tapıb.
OPEC və ortaqlarının gündəlik 9.7 milyon barellik rekord istehsal azaltması razılaşması bazarı ayağa qaldırmağa kömək etməyib.
Səudiyyə Ərəbistanı və Rusiya, yaydıqları ortaq açıqlamada, neft bazarını yaxından izləməyə davam edəcəklərini və əgər lazım olsa, OPEC + koalisiyası və digər istehsalçılarla ortaq əlavə tədbirlər görməyə hazır olduqlarını bəyan ediblər.
Səudiyyə Ərəbistanının dövlətə aid neft şirkəti Saudi Aramco, 1 Maydan etibarən istehsalı gündəlik 8.5 milyon barelə endirəcəyini açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
4 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 5 saat əvvəl
-
5 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
6 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl