Ən yuxarı (mobil)_30

Gələn ayın bayramlarla əlaqəli qeyri-iş günləri açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gələn ayın bayramlarla əlaqəli qeyri-iş günləri açıqlandı

Bu ilin may ayı üçün bayramlarla əlaqəli qeyri-iş günləri məlum olub.

Mayın 9-da ölkədə Faşizm üzərində Qələbə günü, mayın 24 və 25-də Ramazan bayramı, mayın 28-də isə Respublika günüdür.

Bununla yanaşı, mayın 9-u şənbə günü olduğundan mayın 11-i, həmçinin mayın 24-ü bazar gününə təsadüf etdiyinə görə mayın 26-sı da qeyri-iş günü olacaq.

Qeyd edək ki, aprelin 18-də Nazirlər Kabineti ölkədə tətbiq olunan xüsusi karantin rejiminin 4 may 2020-ci il saat 00:00-dək uzadılması ilə bağlı qərar verib. Bununla əlaqədar Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 saylı qərarında qeyd olunan bütün tədbirlər, o cümlədən yük daşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq olunan məhdudiyyətlər, eləcə də bütün təhsil müəssisələrdə tədris, təlim tərbiyə prosesinin dayandırılması 4 may 2020-ci il saat 00:00-dək uzadılıb. 

 

Report

 

bayram qeyriişgünləri qeyriiş ramazan ramazanbayramı nazirlərkabneti
20.04.2020 15:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ