Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Gürcüstanda azərbaycanlılar etiraz aksiyası keçirir - YENİLƏNİB

Gürcüstan Baş Nazirinin müşaviri azərbaycanlıların problemlərinin həll olunacağını açıqlayıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Gürcüstanda azərbaycanlılar etiraz aksiyası keçirir - YENİLƏNİB

Gürcüstan Baş Nazirinin regional məsələlər üzrə müşaviri Sozar Subari azərbaycanlıların etiraz aksiyası keçirdiyi Marneulinin Şulaveri kəndinə gedib.

Etirazçıların tələbləri ilə tanış olan S.Subari bildirib ki, vətəndaşların kənd təsərrüfatı məhsullarının daha yüksək qiymətə satışı üçün imkan yaradılacaq.

Reklam_3_11

Bununla belə, etirazçılar magistral yolun bağlanmasını davam etdiriblər.

 

Qeyd edək ki, Marneulinin Araflı, Ulaşlı, Ağməmədli, Qırıxlı, Aşağı Qullar və digər kəndlərindən olan sakinlər hazırda  etiraz aksiyası keçirirlər. 

XXX    XXX

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Ağməmədli, Qırıxlı, Aşağı Qullar və digər kəndlərindən olan sakinlər etiraz aksiyası keçirirlər. 

Şulaveri kəndi ərazisinə toplanaraq mərkəzi yolu bağlayan etirazçılar koronavirusa görə qoyulan məhdudiyyətlər səbəbindən yetişdirdikləri məhsulu satışa çıxara bilmədiklərini bildiriblər.

Onların sözlərinə görə, xüsusi icazə ilə rayon ərazisinə daxil olan şirkətlər məhsul alışını aşağı qiymətlə həyata keçirir.

Əraziyə gələn Kvemo Kartli qubernatoru Şota Rexviaşvili və Marneuli meri Zaur Darğallı etirazçılara müraciət edərək bildiriblər ki, Gürcüstanın bütün rayonlarında məhsul satışının yaxın günlərdə təşkil edilməsi istiqamətində fəaliyyətə başlanılacaq.

Müxalifət partiyaların nümayəndələri də əraziyə gələrək etirazçılara qoşulublar.

Aksiyanın keçirildiyi əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

©️ APA

aksiya gürcüstan marneuli etiraz
22.04.2020 14:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ