Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Tramp İran gəmilərinin məhv edilməsini əmr etdi

ABŞ Prezidenti Donald Tramp, ABŞ Hərbi Dəniz Qüvvələrinə, İran hərbi gəmiləri tərəfindən təqib edilmələri halında onları vurmaq əmri verdiyini bildirdi
iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp İran gəmilərinin məhv edilməsini əmr etdi

Marja xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, Twitter hesabından etdiyi paylaşmada, "ABŞ donanmasına, dənizdə bizim gəmilərimizi təqib etmələri halında hər hansı bir İran hərbi gəmisi və gəmilərini məhv etməsi və vurması əmrini verdim",- yazıb.

ABŞ donanması, keçən həftə İran İnqilab Keçikçiləri Ordusuna aid 11 sürət gəmisinin, Bəsrə Körfəzindəki 6 ABŞ gəmisinə təhlükəli bir şəkildə yaxınlaşaraq təqib etdiyini açıqlamışdı.

Açıqlamada, sürət gəmilərinin edilən xəbərdarlıqlara bir saat sonra cavab verib bölgədən uzaqlaşdığı və hər hansı bir qarşıdurma yaşanmadığı bildirilmişdi.

İranın Müdafiə naziri Əmr Xəttəmi, İnqilab Keçikçiləri Ordusuna aid sürət gəmiləri ilə Bəsrə Körfəzində olan ABŞ hərbi gəmilərinin qarşı-qarşıya gəlməsinə dair, "Bəsrə Körfəzində qeyri-sabitlliyin əsl faktoru, dünyanın digər tərəfindən İranın sərhədlərinə gələn və əsassız iddialar ortaya atan amerikalıların işğalçı və qeyri-qanuni varlığıdır" ifadəsini istifadə etmişdi.

Tramp ABŞ İran gəmi
22.04.2020 16:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ