Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Valyuta bazarında spekulyativ hücuma davam gətirə bildik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Valyuta bazarında spekulyativ hücuma davam gətirə bildik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın makroiqitisadi dayanıqlığı yüksək səviyyədədir, beynəlxalq maliyyə institutları cari vəziyyəti müsbət qiymətləndirirlər.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

“Azərbaycanın makroiqitisadi dayanıqlığı yüksək səviyyədədir. Beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə ünsiyyətdəyik, onlar vəziyyəti müsbət qiymətləndirirlər. Onların rəyinə görə, mühüm valyuta ehtiyatları və aşağı səviyyədə dövlət borcu hazırki şəraitdə manevr etmək üçün bizə imkan yaradır”, - Rüstəmov AzTV telekanalına müsahibəsində bildirib

Onun sözlərinə görə, mürəkkəb dünya konyukturası və neft bazarında güclü volatilliyə baxmayaraq, Azərbaycan iqtisadiyyatında vəziyyət tam nəzarət altındadır.

“Kənardan vəziyyət Azərbaycan iqtisdadiyyatına da təsir edir. Lakin gördüyümüz tədbirlər makroiqitisadi dayanıqlığı saxlamağa imkan verib. İnflyasiya aşağı - 3% səviyyəsindədir, milli valyutanın məzənnəsi sabitdir, valyuta bazarında spekulyativ hücuma davam gətirə bildik”, - Rüstəmov bəyan edib.

Rüstəmov vurğulayıb ki, hazırda hədəflərdən biri iqtisadiyyatın mikrosəviyyədə dayanıqlığının artırılmasıdır. “Bura özəl sektorun genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi daxildir, maliyyə sektoru real sektorun tələbatlarını daha artıq təmin etməlidir. Biz tələbat deyil, təklif yaratmalıyıq. Kreditləşdirmə sahəsində real sektorun maliyyələşdirilməsini gücləndirmək, istehsal potensialını genişləndirmək, kölgə iqtisadiyyatı ilə mübarizə aparmaq lazımdır”, - AMB-nin sədri əlavə edib. 

©️ İnterfaks-Azərbaycan

Elman Rüstəmov Mərkəzi Bank valyuta makroiqitisadi Azərbaycan iqtisadiyyatı
29.04.2020 09:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ