Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Hesab.az-dan Visa Kart sahiblərini sevindirən kampaniya!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hesab.az-dan Visa Kart sahiblərini sevindirən kampaniya!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®️) Hesab.az hazırda onlayn ödəniş sahəsi üzrə rəqibləri arasında  fərq yaratmağı bacarır və günün tələbinə uyğun olaraq yeniliklər etməyə, təkmilləşdirmə işlərinə davam edir.

İstifadəçi məmnuniyyətini təmin etmək və istifadəçilərinə daha yaxşı xidmət göstərmək həmişə şirkətin fəaliyyət mərkəzində dayanmışdır. Bu səbəblə Goldenpay-Hesab.az istifadəçilərinin onlayn ödəyərək əlavə olaraq hədiyyə qazanacağı kampaniyalar etmiş və müxtəlif böyük şirkətlərlə əməkdaşlıqlar həyata keçirmişdir.

Reklam_3_11

Hesab.az Visa ilə birlikdə böyük bir əməkdaşlığa başladı.  Qeyd edək ki, əməkdaşlıq iki ay ərzində mərhələli şəkildə olmaqla davam edəcək. İlkin olaraq 1-15 aprel tarixlərində baş tutacaq əməkdaşlıq əsasında Hesab.az istifadəçilərinə olduqca faydalı kampaniya təklifi ilə əməkdaşlığa başlayan şirkətlərin əsas məqsədi insanların onlayn ödənişlərə qarşı marağını artırmaq, onları həm asan yolla ödəniş etməyə, həm də hədiyyə qazanmağa sövq etməkdir. Məlumat üçün qeyd edək ki, kampaniyada Hesab.az-da qeydiyyatlı olaraq ödəniş edən bütün istifadəçilər iştirak edə bilər. Belə ki, 150 AZN və yuxarı bütün ödənişlərini( Bank, sığorta, bilet alışı istisna olmaqla) istənilən Visa kart ilə ödəyən ilk 2000 nəfər dəyərli hədiyyə qazanacaq. Kampaniya haqda ətraflı məlumat: https://bit.ly/3bAYjCi

Eyni zamanda, Hesab.az  Visa kartı olmayan və kampaniyada iştirak etmək istəyən istifadəçilərə də, əla fürsət təqdim edir. Belə ki, Xalq Bank ilə əməkdaşlığa əsasən 1-15 aprel tarixlərində Visa kartı olmayan istifadəçilər Hesab.az üzərindən müraciət formunu dolduraraq Xalq Bankdan pulsuz Visa Gold və Visa Classic kartı əldə edə biləcəklər. Müraciət formu: https://bit.ly/39Acfv5

Bildiyiniz kimi, hazırda bütün dünyada davam edən Koronavirus pandemiyası ilə bağlı ölkəmizdə də qabaqlayıcı tədbirlər görülür, insanların vacib olmadıqca evlərini tərk etməmələri, evdə qalaraq özərinin və başqalarının sağlamlığını qorumaları tövsiyyə olunur. Bu səbəbdən Hesab.az olaraq bu məsələyə həssas yanaşaraq istifadəçilərin kampaniyada qazandıqları hədiyyələri əldə edə bilmələri üçün hədiyyələrin əldə etmə tarixlərini 1 Maydan  15 İyun olmaqla təyin etmək qərarına gəldi.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

01.04.2020 14:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ