Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Bakı Telefon Rabitəsi”nin mənfəəti kəskin artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bakı Telefon Rabitəsi”nin mənfəəti kəskin artıb

“Bakı Telefon Rabitəsi” MMC 2019-cu ili 18 milyon 74 min manat mənfəət ilə başa vurub.

Marja MMC-nin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən il “Bakı Telefon Rabitəsi”nin gəlirləri 69 milyon 667 min manat, xərcləri isə 51 milyon 593 min manat təşkil edib.

“Bakı Telefon Rabitəsi” MMC 2018-ci ili 6 milyon 217 min manat mənfəət ilə başa vurmuşdu. Həmən il MMC-nin gəlirləri 63 milyon 291 min manat, xərcləri isə 57 milyon 74 min manat təşkil etmişdi.

"Bakı Telefon Rabitəsi" MMC Bakı şəhəri ərazisində dövlət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə, ən əsası əhaliyə ən müasir simli və simsiz texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra digər telekommunikasiya və multimedia xidmətləri göstərir.

01.05.2020 17:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ