Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

“Gilan Holdinq” 6000 ailəyə yardım edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Gilan Holdinq” 6000 ailəyə yardım edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq hər zaman sosial məsələlərə həssas münasibəti ilə seçilən “Gilan Holdinq” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına qoşulub.

Belə ki, holdinqin əməkdaşları koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar yaşı 65-dən yuxarı tənha şəxslərə, aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə baş çəkib, onlara ərzaq məhsullarından ibarət yardımlar çatdırıblar.

Reklam_3_11

Holdinq tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin siyahıları əsasında  respublikanın Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Astara, Biləsuvar, Balakən, Cəbrayıl, Xocavənd və Bakının Xəzər, Nizami, Pirallahı, Sabunçu, Səbail, Suraxanı və Yasamal rayonu ərazisində yaşayan ümumilikdə 6000 ailəyə yardım edilib.

Yardım çərçivəsində “Gilan Holdinq”in əməkdaşları vətəndaşların xüsusi karantin rejiminin qaydalarına riayət etmələrinin vacibliyini də bildiriblər.

Gilan Holdinq
02.05.2020 08:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ