Dövlət Vergi Xidmətinin əməkdaşları rüşvət alarkən yaxalandılar
Vergi yoxlamalarının keçirilməməsi müqabilində 6000 manat məbləğində pul tələb ediblər.Baş Prokurorluğun və İqtisadiyyat Nazirliyinin mətbuat xidmətlərinin Marja-ya daxil olan birgə məlumatında bildirilir ki, özlərini Vergilər Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslərin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri aparılıb.
Araşdırma zamanı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin əməkdaşları Azər Allahverdiyevin və Cahid Tahirovun qabaqcadan əlbir olaraq vətəndaşa məxsus çörək sexinə gələrək cari il ərzində vergi yoxlamalarının keçirilməməsi müqabilində 6000 manat məbləğində pul tələb etdiyi müəyyən olunub.
Xüsusi texniki vasitələrdən istifadə edilməklə aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hər iki vəzifəli şəxs həmin məbləğin bir qismini mayın 4-də rüşvət kimi alarkən cinayət başında yaxalanıblar.
Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3-cü (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
Həmin cinayət əməlinin A.Allahverdiyev və C.Tahirov tərəfindən törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.
Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
15 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 15 saat əvvəl
-
15 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
17 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl