Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Maliyyə Nazirliyi təxminən 10%-lə borc aldı

Maliyyə Nazirliyi hərracda 50 milyon manatlıq istiqraz təklif etsə də 16 milyon 602 min manatını yerləşdirib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə Nazirliyi təxminən 10%-lə borc aldı

5 may 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104005779 ISIN-li, 50 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bakı Fond Birjasının yaydığı məlumatda bildirilir ki, hərrac zamanı 23 investor tərəfindən qiyməti intervalı 80,7308 AZN (24.00%) və 92,6300 AZN (8,00%) olan 37 sifariş təqdim edilib.

Reklam_3_11

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 90,5530 AZN (10.49%), orta ölçülmüş qiyməti 91,0440 AZN (9.89%) müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 93 milyon 18 min 400 manat, yerləşdirilmiş həcmi isə 16 milyon 602 min manat təşkil edib.

İstiqrazların ödəmə tarixi  4 may 2021-ci  ildir.

Hərrac iştirakçıları 06 may 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

05.05.2020 16:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ