"Ölənlər ola bilər, amma iqtisadiyyat yenidən açılmalıdır"
ABŞ Prezidenti Donald Tramp, ölkədə yeni növ koronavirus (Kovid-19) tədbirlərinin yumşaldılması dövründə ölənlər ola biləcəyini ancaq iqtisadiyyatı bir şəkildə açmaları lazım olduğunu söyləyib.
Marja xəbər verir ki, Kovid-19 dövründəki ilk səyahətini Arizonaya edən Tramp, burada ABC News-a müsahibə verib.
Ölkədə bəzi ştatların Kovid-19 tədbirlərini yumşaltmağa başlatdığına qeyd edən Tramp, "Ölkə iqtisadiyyatı yenidən fəaliyyətə başlarkən ölümlər ola bilər, çünki artıq insanları evlərinə bağlamayacaqsınız. Ancaq eyni zamanda sosial məsafəni qoruyacaq, əllərimizi yuyacağıq" deyib.
Tramp, Kovid-19 tədbirləri səbəbilə işlərini itirənlərin psixoloji problemlər yaşamağa başladığına diqqəti çəkərək, "Ölkədə onlara bir baxın. İnsanlar həddindən artıq dozadan ya da intihardan ölür. İnsanları işlərinə geri çevirməliyik, biz də tədbirləri yumuşaldaraq bunu edirik" deyib.
Virus tədbirlərinin uzun müddət tətbiq oluna bilinməyəcəyini qeyd edən Tramp, "Qarşıdakı 3 il ərzində evimizdə otura bilmərik. Ölkə iqtisadiyyatını yenidən fəaliyyətə keçirməliyik",- deyib.
"Peyvənd olsun ya da olmasın, virus gedəcək və biz normala dönəcəyik"
Tramp, ABŞ-lı mütəxəssislərin "təsirli bir müalicə ya da peyvənd tapılana qədər koronavirusun böyük bir təhdid olmağa davam edəcəyi" şərhlərini də rədd edərək, "Virus keçənə qədər ölkədə daha çox insan öləcək. Peyvənd işləri mövzusunda yaxşı iş çıxarırıq, ancaq peyvənd olsun ya da olmasın, virus gedəcək və biz normala dönəcəyik. Amma bunun çətin bir müddət olduğundan kimsənin şübhəsi yoxdur" fikirini dilə gətirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
3 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"2024-cü ildə mənfəəti minimun 20% artırmağı planlaşdırırıq"
-
5 saat əvvəl
“AvtoVAZ” Azərbaycanda “Lada” avtomobillərinin yığılmasına başlayıb