Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Foreks bazarlarında dollara tələb yüksək qalır

Avro və Funt ilə yanaşı, Bitkoinin də təzyiq altında olması, foreks bazarlarında dollara olan tələbin yüksək qalmasına səbəb olur.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Foreks bazarlarında dollara  tələb yüksək qalır

Beynəlxalq valyuta birjalarında EUR/USD və GBP/USD məzənnələri Avrozona və İngiltərədən açıqlanan mənfi fundamental göstəricilər fonunda ucuzlaşmaqda davam edir. 

Almaniya, İngiltərə və Avrozonadan önəmli göstəricilər açıqlanacaq. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 10:00-da Almaniyadan fabrik sifarilərinin həcmi, saat 12:30-da İngiltərənin tikinti sektoru və saat 13:00-da Avrozonanın ümumi pərakəndə satış dövriyyəsi ilə bağlı dərc ediləcək önəmli fundamental göstəricilər də investorlar tərəfindən böyük maraqla gözlənilir. 

Almaniyada COVİD-19 ilə mübarizədə tətbiq edilən sosial və iqtisadi məhdudlaşmanın aradan qaldırılması qərarı da diqqət mərkəzindədir. 

Foreks bazarlarında dollara tələb artıb, Bitkoin müqaviməti qıra bilmir. 

ABŞ və Çin arasında siyasi və iqtisadi böhranın genişlənməsi ehtimalı isə dollara olan tələbin yüksək qalması ilə yanaşı, kriptovalyuta birjalarında Bitkoinin keçən həftənin müqavimət səviyyəsinin altında ticarət edilməsinə səbəb olur. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

foreks Avrozona Almaniya İngiltərə Avro Funt
06.05.2020 10:36

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ