"Amrahbank" və "Atabank"da sahibkarların 18 milyon manatı qalıb"
Azərbaycan Mərkəzi Bankının (AMB) lisenziyasını ləğv etdiyi "Amrahbank" və "Atabank"da biznesin (sahibkarların) 18 milyon manat pulu qalıb.
Bu barədə AMB-nin sədri Elman Rüstəmov REAL TV-nin efirində bildirib.
"Bu pulun da bir hissəsi bank sahiblərinin digər bizneslərinə aiddir və onlar özləri qayğısına qalmalıdır. Kənar iş adamlarının vəsaitlərinə gəlincə isə, prosedurlara uyğun olaraq bankların aktivləri Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna ötürüləcək və həmin aktivlər reallaşdırıldıqdan sonra yekunda qalacaq vəsait hesabına sahibkarların pulları növbəlilik əsasında ödəniləcək.
Onu da deyim ki, Azərbaycanda iş adamları yalnız bir bankda hesab açmırlar, azı 2 bankla işləyirlər. Hər hansı bankda problem yarananda, hiss olunanda həmin hesablar başqa banka köçürülür və belə bank əməliyyatları reallaşdırılır", - deyə o qeyd edib.
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
13 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 13 saat əvvəl
-
13 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
15 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl