Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

SUP.VC Azərbaycanın süni intellekt sahəsində irəliləyişinə töhfə verir

iç səhifə xəbər başlığı altı (mobil)_31
SUP.VC Azərbaycanın süni intellekt sahəsində irəliləyişinə töhfə verir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) SUP.VC, Azərbaycanın süni intellekt sahəsində inkişaf məqsədilə bir sıra layihələr və tədbirlər həyata keçirir.

Şirkətin direktoru Rəşad Eyvazov qeyd edir ki, "Biz süni intellekt icmasının formalaşmasına yönəlmiş layihələrin icrasını daha da intensiv şəkildə davam etdirəcəyik. Bunun üçün ölkədə süni intellektin inkişafına dair yerli və xarici tərəfdaşlarla birgə bizim tərəfimizdən yol xəritəsi hazırlanır.”

Bu təşəbbüsün göstərici olaraq, SUP.VC tərəfindən Azərbaycanda ilk dəfə GPT-4o hackathon keçirilib. Bu hackathonun ən böyük məqsədi gənclərin süni intellekt anlayışını təkmiləşdirmək olub.

21-22 iyul tarixlərində SUP.VC tərəfindən təşkil edilən və Yaradıcı Mərkəzdə keçirilən "GPT-4o Hackathon"u, süni intellektin gücündən istifadə edərək innovativ həllər yaratmaq istəyən sahibkarlar, proqramçılar və tələbələri bir araya gətirib. 48 saatlıq bu tədbir, süni intellektin tətbiq sahələrindəki potensialını nümayiş etdirməklə yanaşı, iştirakçılara öz yaradıcılıq və texnoloji biliklərini göstərmək üçün unikal bir platforma təqdim etdib.

SUP.VC, "GPT-4o Hackathon"dan öncə də süni intellekt sahəsində bir sıra əhəmiyyətli tədbirlər təşkil etmişdir. Bu tədbirlər arasında xüsusilə "Pie & AI" və "AI for Future" adlı tədbirlər nəzərə çarpır:

• "Pie & AI": Bu tədbir, süni intellekt sahəsində çalışan mütəxəssislər və gəncləri bir araya gətirərək, yeni texnologiyaların və metodların müzakirəsini təşkil etmək məqsədi daşıyırdı. Tədbir iştirakçıları, süni intellektin müxtəlif sənaye sahələrindəki tətbiqlərini öyrənmə və müzakirə etmək imkanı əldə etdilər.

• "AI for Future": Süni intellektin gələcəkdə insan həyatına necə təsir göstərə biləcəyi mövzusunda təşkil edilən talkda, iştirakçılar süni intellektin cəmiyyət, iqtisadiyyat və texnologiya sahələrində yaratdığı potensial imkanları və çağırışları müzakirə etdilər.

Süni intellektin inkişafına yönəlmiş gələcək addımlar:

SUP.VC, "GPT-4o Hackathon" və digər tədbirlərlə məhdudlaşmır və gələcəkdə daha çox süni intellektə yönəlmiş tədbirlər keçirməyi planlaşdırır.

Tədbirlər arasında süni intellekt konfransları, işgüzar görüşlər və təlim proqramları da nəzərdə tutulur.

SUP.VC-nin bu istiqamətdəki səyləri, Azərbaycanın süni intellekt sahəsində lider ölkələrdən biri olma potensialını artırmaq məqsədi daşıyır. Bu tədbirlər, həmçinin ölkədə süni intellekt sahəsində insan resurslarının inkişafını təşviq edəcək və yerli innovasiya ekosistemini gücləndirəcəkdir.

SUP.VC Rəşad Eyvazov süni intellekt GPT-4o hackathon proqramçılar hackathon
29.07.2024 07:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Əsas səhifədə 2-ci reklam_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ