Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Ermənistanda səslərin sayılması başa çatıb, Paşinyan qalib gəlib

Bülletenlərin 95,8%-i sayılıb, Paşinyan qalib gəlir
iç səhifə xəbər başlığı altı (mobil)_31
Ermənistanda səslərin sayılması başa çatıb, Paşinyan qalib gəlib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində qalib gəlib.

Marja xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) bütün 2008 seçki məntəqələrindən əldə olunmuş bülletenlərin sayılması əsasında açıqladığı hesabatda bildirilir.

MSK-nın məlumatına görə, 1 281 911 bülleten sayıldıqdan sonra Nikol Paşinyanın partiyasının 53,92% (687 251 seçici), keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun isə 21,04% (268 165 seçici) səs topladığı təsdiqlənib.

“Mənim şərəfim var” bloku 5,23% (66 633 seçici), “Çiçəklənən Ermənistan” partiyası isə 3,96% (50 416 seçici) seçicinin dəstəyini qazanıb.

“Aydınlanmış Ermənistan” – 1,22% (15 557 seçici), Erməni Milli Konqresi – 1,54% (19 647 seçici) səslə onların ardınca gəlir.

XXX

Paşinyan seçkilərdə qələbəsini elan edib.

Onun gecə tərəfdarları qarşısında çıxışdan qısaca:

▪️Parlament seçkilərində qalib gəlmək ictimai və milli konsolidasiyanı bərpa edəcəkdir.

▪️ Ermənistan xalqı üç ildə ikinci inqilab etdi. Bu dəfə "məxmər" əvəzinə "polad" inqilab. Bütün razılaşmalar yerinə yetiriləcəkdir.

▪️Seçki saxtakarlığı səhifəsi həmişəlik bağlıdır.

▪️Növbəti günlərdə siyasi və ictimai həyatın fikirlərini başa düşmək üçün bütün sağlam siyasi qüvvələrlə məsləhətləşmələrə başlayacaq.

▪️ "Vətəndaş müqaviləsi" Parlamentdə mübahisəsiz səs çoxluğuna sahib olacaq. Konkret neçə faiz olacağı bu gün səhər bəlli olacaq. 

▪️Polis asayişin qorunmasında, ictimai və dövlət təhlükəsizliyində yüksək peşəkarlıq göstərib.

21.06.2021 05:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ