Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dövlət Agentliyindən "Buster" dozası açıqlaması

“Buster” dozanı vurdurmaqla vətəndaş “İmmunitet” sertifikatının müddətini müddətsiz olaraq uzadır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Agentliyindən "Buster" dozası açıqlaması

“Azərbaycan Respublikasında “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Avqust ayından etibarən ölkədə “buster” dozanın da vurulmasına başlanılıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında bildirilir ki, “Buster” dozanın vurulma tarixi ilə bağlı vətəndaşları maraqlandıran məsələlər nəzərə alınaraq bir daha qeyd edirik ki, COVID-19 xəstəliyinə yoluxmuş və “İmmunitet” sertifikatı əldə etmiş şəxs 6-cı aydan başlayaraq, yəni sertifikatın qüvvədə olma tarixi bitdikdən sonra 56 gün müddətində “buster” doza vurdura bilər. “Buster” dozanı vurdurmaqla vətəndaş “İmmunitet” sertifikatının müddətini müddətsiz olaraq uzadır.

 

Məlumat üçün qeyd edək ki, yoluxmadan 5 ay sonra vaksinasiya üçün randevu.its.gov.az saytı üzərindən onlayn növbə götürülə bilər.

Əgər “buster” dozanı vurdurmaq üçün tələb olunan vaxt yəni ki, 2 ay ötürülərsə, o zaman “Peyvənd” sertifikatı əldə etmək üçün hər iki doza vaksin vurulmalıdır. Belə ki, vətəndaş 1-ci dozadan 28 gün sonra 2-ci doza peyvənd vurduraraq “İmmunitet sertifikatı”nı “Peyvənd sertifikatı” ilə əvəz edə bilər.

Buster doza
25.10.2021 15:14

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ