Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Gəncə Avrtomobil Zavodu” Belarusdan 15 milyon dollarlıq 1 minə yaxın traktor komplekti satın alacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Gəncə Avrtomobil Zavodu” Belarusdan 15 milyon dollarlıq 1 minə yaxın traktor komplekti satın alacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Minsk Traktor Zavodu” ASC ilə “Gəncə Avrtomobil Zavodu” İB arasında 15 milyon dollar dəyərində 950 traktor komplektinin təchizatına dair müqavilə imzalanıb.

Müqavilə Belarusun baş nazirinin müavini Roman Qolovçenkonun Azərbaycana işgüzar səfəri çərçivəsində imzalanıb. Bu barədə Belarusun BELTA agentliyi məlumat verir.

Reklam_3_11

“Minsk Traktor Zavodu” 2007-ci ildə “Gəncə Avrtomobil Zavodu” ilə əməkdaşlığa başlayıb, tərəfdaşlarımızla birlikdə burada ümumilikdə 12 mindən artıq traktor yığaraq realizə etmişik. Bu il üçün plan – 1 mindən artıqdır. Bu gün 950 məmulata dair növbəti müqavilə imzalanıb. Gələcəkdə həm istehsal xəttini, həm də sayı artlrmağı planlaşdırırıq”, - “MTZ”-nin baş direktoru Vitali Vovk deyib.

O cümlədən, “Gəncə Avtomobil Zavodu” ilə “Qomselmaş” arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

“Gəncə Avtomobil Zavodu”nun tikintisi 1986-cı ildə Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb. 2004-cü ilin sonunda “OKA” azlitrajlı avtomobillərin, daha sonra “UAZ” avtomobillərinin, Çinin “CAN QAN”orta tonnajlı yük avtomobillərinin yığılması ilə fəaliyyətə başlayan müəssisə bu gün ağır texnikanın buraxılmasına hədəflənib. Belarus texnikasının yığılması isdtehsal sahəsi 20 min kvadratmetdəın artıq olan əsas sexdə həyata keçirilir. Burada üç texnoloji xətt yerləşir (biri – traktor xətti, ikisi – avtomobil xətti).

2006-cı ilin oktyabr ayında “QAZ” İB ilk dəfə Minsk traktor və avtomobil zavodları ilə iri müqavilələr bağlayıb. 2007-2022-ci illərdə “Gəncə Avtomobil Zavodu”nda təxminən 230 milyon dollar dəyərində 12 minə yaxın Belarusd traktoru, həmçinin 200 milyon dollar dəyərindən artıq 4 min ədəd MAZ, MTYMZ, “Qomselmaş”, “AMKODOR”, “Belkomunmaş”ın texnikası yığılıb.

Bundan əlavə, Belarus kənd təsərrüfatı texnikasının Azərbaycana ixrac nomenklaturasının genişləndiriməsi perspelktivləri var. Həmçinin, “QAZ” İB Azərbaycanda tələbat olan kənd təsərrüfatı və sərnişin texnikasının geniş xəttinin istehsalı üzrə onun bazasında çoxprofilli sənaye klasterin yaradılması üçün mühüm potensiala malikdir. 

KREDİTİ ONLAYN əldə et – 30 000 AZN-dək, 0% komissiya

 “İnterfaks-Azərbaycan”

19.05.2022 18:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ