Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Sərgidə daha bir maraqlı texnika - zeytunyığan kombayn

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sərgidə daha bir maraqlı texnika - zeytunyığan kombayn

Bakıda 15-ci “Caspian Agro” kənd təsərrüfatı sərgisi keçirilir.

Marja xəbər verir ki, sərgidə digər maraqlı texnika isə bütün dünyada öz kənd təsərrüfatı texnikalarının performansı və keyfiyyəti ilə məşhur olan New Holland şirkətinə məxsus zeytunyığan kombayn olub. 

New Holland Braud 9090x zeytunyığan kombaynı ölkə üzrə öz sinfində unikal texnikadır. Kombayn 6 silindrli 175 at gücünə malik mühərriklə təchiz edilmişdir ki, bu da həm artırılmış çəkim gücü, həm də yanacağa 35% qənaət imkanı verir. New Holland Braud 9090x zeytunun daha tez və itkisiz  yığılmağını təmin edir. GPS texnologiyası ilə təchiz edilmiş xüsusi RTK sistemi sahənin xəritələnməsi və İntelliView monitoru vasitəsilə cərgələrə nəzarət imkanı yaradır. Bunun sayəsində sistem məhsulun yığıldığı və yığılmadığı cərgələri ölçə bilir. Eyni zamanda kombaynda yığımdan öncə və sonra avtomatik çəki ölçmə mexanizmi mövcuddur. Bu isə sahələrin məhsuldarığını ölçməyə və nəzarətdə saxlamağa imkan verir.

zeytunyığan kombayn New Holland
19.05.2022 19:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ