Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Bravo”ları idarə edən şirkət daha da böyüyüb, gəlirləri artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bravo”ları idarə edən şirkət daha da böyüyüb, gəlirləri artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bravo” supermarketlərini idarə edən “Azərbaycan Supermarket” MMC 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.

GƏLİRLƏRİ ARTIB

Marja.az xəbər verir ki, 2020-ci illə müqayisədə 2021-ci ildə şirkətin gəlirləri 59 milyon 774 min manat və ya 11,6% artaraq 572 milyon 690 min manata çatıb. 2020-ci ildə “Azərbaycan Supermarket”in gəlirləri 512 milyon 916 min manat təşkil etmişdi.

Ötən il “Azərbaycan Supermarket”in 572 milyon 690 min manat cəmi gəlirlərə qarşı cəmi xərcləri 637 milyon 696  min manat təşkil etdiyindən, MMC ili 65 milyon 6 min manat xalis zərər ilə bağlayıb. Şirkət 2020-ci ili 46 milyon 929 min manat xalis zərər ilə bağlamışdı. Qeyd edək ki, “Azərbaycan Supermarket” “Bravo” şəbəkəsinin genişləndirilməsi və inkişaf etdirilməsi çərçivəsində böyük investisiyaları ilə  əlaqədar olaraq xərcləri gəlirlərini üstələyir. 

"Azərbaycan Supermarket" MMC 2021 və 2022-ci illərdə strateji böyümə planına uyğun olaraq bütün nəzərdə tutulan tikinti və yenidən qurma lahiyələri üzrə 50 milyon 695 min 875 manat xərcləyəcəyini açıqlamışdı.

ŞİRKƏT BÖYÜYÜB

31 Dekabr 2021-ci il tarixində “Azərbaycan Supermarket” MMC  533 milyon 602 min manat cəmi aktivlərə malik olub. Şirkət 2020-ci ilin sonunda 465 milyon 945 cəmi aktivlərə malik idi.

İŞÇİLƏRİNİN SAYI ARTIB

31 Dekabr 2021-ci il tarixində “Azərbaycan Supermarket” şirkəti 4896 nəfər işçiyə malik olub. Şirkət 2021-ci ilin 1-ci rübünün sonunda 4520 nəfər işçiyə malik idi. Ötən ilin 9 ayı ərzində “Azərbaycan Supermarket”in işçilərinin sayı 376 nəfər artıb.

"Azərbaycan Supermarket" MMC-nin payçıları "İdeal Biznes Ko." MMC (500 pay), "Yevro Standard" MMC (500 pay) və "Fly Group" MMC (1000 pay) şirkətləridir. 

Xatırladaq ki, "Azərbaycan Supermarket" MMC ötən il istiqrazlarının yerləşdirilməsi üsulu ilə 20 milyon manat cəlb edib.

Azərbaycan Supermarket bravo İdeal Biznes ko Yevro Standard Fly Group
01.07.2022 17:41

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-2_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
InvestAZ