Mobil manşet üstü reklam_21

Azərbaycanın Dövlət Xidməti “Bolt"a maliyyə sanksiyası tətbiq etdi

Maliyyə sanksiyası haqsız rəqabətə yol verdiyinə görə tətbiq edilib. “Bolt Services AZ” MMC onunla eyni bazarda fəaliyyət göstərən və ya həmin bazara daxil olmaq istəyən digər bazar subyektlərinin təsərrufat qərarlarının qəbul edilməsinə qanunsuz təsir göstərib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın Dövlət Xidməti “Bolt"a maliyyə sanksiyası tətbiq etdi

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinhisar qanunvericiliyinin pozulması hallarının qarşısının alınması istiqamətində müraciətlərin araşdırılması ilə bağlı mütəmadi tədbirlər həyata keçirir.

“Delivery Azerbaijan” MMC tərəfindən Dövlət Xidmətinə “Bolt Services AZ” MMC-nin qanunsuz üsullarla digər bazar subyektlərini bazardan çıxarmaqla haqsız rəqabətə yol verdiyi barədə müraciət daxil olub.

Reklam_3_11

Bununla bağlı müvafiq araşdırma aparılıb və “Bolt Services AZ” MMC haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

İşə baxılması zamanı “Bolt Services AZ” MMC-nin onunla eyni bazarda fəaliyyət göstərən və ya həmin bazara daxil olmaq istəyən digər bazar subyektlərinin təsərrufat qərarlarının qəbul edilməsinə qanunsuz təsir göstərdiyi və bununla da “Haqsız rəqabət haqqında” Qanunun tələblərini pozduğu müəyyən edilib.

Dövlət Xidməti tərəfindən işə baxılmanın nəticəsi olaraq yol verilmiş haqsız rəqabət hallarının qarşısının alınması və aradan qaldırılması məqsədilə “Bolt Services AZ” MMC-yə icrası məcbur olan göstəriş verilib, habelə haqsız rəqabətə yol verdiyinə görə müəssisə barədə maliyyə sanksiyası tətbiq olunub.

Qeyd edək ki, “Bolt Services AZ” MMC haqqında iş “Delivery Azerbaijan” MMC-nin (“189 Delivery”) müraciəti əsasında qaldırılmışdı. “Bolt Services AZ” MMC tərəfindən göstərilən “Bolt Food” tətbiqi üzərindən çatdırılma xidmətlərinə əsassız və qanunsuz vasitələr hesabına endirimlər etməklə rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasın qanunsuz vasitələrlə təsir göstərilməsi əlamətləri olduğu iddia olunurdu.

"Bolt", bir vaxtlar "Taxify" kimi tanınan, Avropa, Asiya və Afrika ölkələrində inkişaf edən nəqliyyat platformasıdır. “Bolt Services AZ” MMC Azərbaycanda "Bolt"un təmsilçisidir.

Bolt Services AZ bolt
08.08.2022 14:34

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ