Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Tenderlərdə qalib şirkətlərin VÖEN-i birdir, adları fərqlidir - SƏBƏB?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tenderlərdə qalib şirkətlərin VÖEN-i birdir, adları fərqlidir - SƏBƏB?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın ikinci böyük şəhərinin sakini Orxan İsmayılov Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinə iradından sonra hədələndiyini iddia edir. O, Birliyin tenderlərində qalib gələn iki şirkət üçün eyni VÖEN-in göstərildiyini üzə çıxarıb. Qısası, tenderlərdə qalib şirkətlər ayrı-ayrı adlardadır, lakin VÖEN birdir. 

Orxan İsmayılov Marja.az-a bildirib ki, araşdırması zamanı, tenderlərdə qalib elan edilən “LK Machinery” MMC üçün göstərilən VÖEN-in (1503554731) əslində "Abşeron Tekstil” MMC-yə məxsus olduğunu aşkar edib.

Qeyd edək ki, Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına “LK Machinery” adı ilə sorğu etdikdə "Bu ada uyğun VÖEN müəyyən edilmədi", "Məlumat tapılmadı!" cavabları verilir. 1503554731 VÖEN-i ilə sorğu etdikdə isə “Abşeron Tekstil” MMC haqqında bəzi məlumatlar göstərilir.

Orxan İsmayılov Marja-ya müraciətində yazıb:

"Mən vətəndaş olaraq “Facebook” sosial şəbəkəsində Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin  (Gəncə MKTİB) “facebook” səhifəsinə yazaraq Gəncədə MKTİB-in küçə təmizliyi ilə məşğul olan işçilərinin isti qış geyimləri ilə hansı səbəbdən təmin olunmadıqları, soyuqda həmin işçilərin necə gəldi geyindiklərini irad tutdum. Bu iradıma cavab olaraq Gəncə MKTİB tərəfindən mən barəmdə hüquq-mühafizə orqanlarının ölçü götürəcəyi ilə bağlı hədələndim və səhifəyə girişim bloklandı. Mən Gəncə MKTİB tərəfindən işçilərinin geyim təminatı ilə bağlı müstəqil araşdırma apardım və www.etender.gov.az portalı üzərindən sorğu verərək Gəncə MKTİB-in keçirdiyi tenderlərə baxdım. Maraqlı məlumatlar əldə etdim və onları ölkə ictimaiyyətinə sizin sayt vasitəsi ilə təqdim edirəm.

Tender məlumatlarına baxdıqda məlum olur ki, işçilərin xüsusi geyimlərlə təminatı ilə bağlı Gəncə MKTİB 2020-ci ildən bu günə qədər 3 dəfə - 31.12.2020, 31.03.2022, 31.12.2022 tarixlərində - tender keçirdib. İki tenderdə “LK Machinery” MMC, bir tenderdə isə “Abşeron Tekstil” MMC qalib olublar. 

Sual doğuran məqamlardan biri odur ki, hər iki şirkətin VÖEN-i eynidir – 1503554731.  Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında 1503554731 VÖEN üzrə axtarış etdikdə “Abşeron Tekstil” MMC-nin məlumatları çıxır, halbuki, tender sənədlərində həmin VÖEN hər iki şirkət üçün eynidir.

2017-ci ildə dövlət qeydiyyatına alınmış “Abşeron Tekstil” MMC-nin hüquqi ünvanı, Bakı şəhəri, Nərimanov rayonu, akademik Həsən Əliyev, ev 79/2, m.50, qanuni təmsilçisi Məmmədova Ziyafət Əkbər qızıdır.

İkinci sual doğuran məqam isə tenderlərdə qalib olan iki şirkətə xüsusi geyimlər üçün ödənilən məbləğlərdir. Müvafiq olaraq 284757.60 AZN (iki yüz səksən dörd min yeddi yüz əlli yeddi manat altmış qəpik), 316862.57 AZN (üç yüz on altı min səkkiz yüz altmış iki manat əlli yeddi qəpik), 105521.5 AZN (yüz beş min beş yüz iyirmi bir manat əlli qəpik), cəmi 707141.67 AZN (yeddi yüz yeddi min yüz qırx bir manat altmış yeddi qəpik) bütün məlumatları eyni, sadəcə adları fərqli mahiyyətcə eyni şirkətin hesabına köçürülüb.  707141.67 AZN-ə alınan xüsusi geyimlər ilə, yəqin ki, ölkənin MKTİB işçilərinin xeyli hissəsini il boyu geyindirmək olar və həmin geyimlər dünya brendlərinə məxsus olar. Həmin geyimlər həqiqətən də alınıbmı və iki ildə həmin geyimlər necə istifadə olunub?

Tenderlər üzrə alınmış xüsusi geyimlərin miqdarı belədir:

630 dəst xüsusi geyim (gödəkçə, pencək, şalvar)

1050 ədəd jilet

485 ədəd xalat

500 cüt çəkmə

800 cüt bot

830 ədəd kombinezon

950 ədəd plaş

960 ədəd xüsusi geyim dəsti (gödəkçə, pencək, şalvar)

1400 ədəd jilet

550 cüt bot

1050 cüt rezin çəkmə

1400 ədəd xüsusi geyim forması

950 ədəd xalat

16800 cüt əlcək

Mən Gəncə şəhəri sakini kimi Gəncənin küçələrində işləyən MKTİB işçilərinin əynində qış fəslində sadalanan xüsusi geyimlərdən yalnız mavi rəngli yay mövsümü xalatları nadir hallarda görürəm, son çəkdiyim fotoşəkildə də iki nəfər  MKTİB işçisi öz paltarlarını geyiniblər. Gəncə MKTİB-in rəis müavininin qəbulunda olarkən mən ona birlikdə Gəncə MKTİB-in anbarında həmin geyimləri saymağı təklif etdim. Cavab almadım.

Hörmətli marja.az redaksiyası, vətəndaşların dövlət vəsaitinin necə və hara xərclənməsinə ictimai nəzarətinin effektiv olması üçün sizə sənədlərin surətində əks olunan iddia və şübhələrimi əlavə etməklə mövqeyimi dərc etməyinizi sizdən xahiş edirəm. 

Tenderlərdə mənə şübhəli gələn məqamlara aidiyyatı dövlət qurumlarının cavab verəcəyinə ümid edirəm".

XXX

Marja.az-ın araşdırmasına görə, 10.03.2022-ci il tarixində 1503554731-ü üzrə reyestrdən çıxarış verilib. Bu çıxarış 2022-ci ilin əvvəlində "LK Machinery" şirkətinin adının "Abşeron Tekstil"ə dəyişdirilməsi ilə əlaqədar ola bilər. Ad dəyişikliyi zamanı VÖEN dəyişmir, bu səbəbdən tenderlərdə eyni VÖEN-li iki fərqli adda şirkətin görünməsi mümkündür. 10.03.2022-ci il tarixindən sonra  tenderdə qalib gələn "Abşeron Tekstil" şirkəti "LK Machinery" şirkətinin varisidir.

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tender Abşeron Tekstil LK Machinery Orxan İsmayılov
30.01.2023 09:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ