"Daşınmaz əmlakın icbari sığortası vətəndaşların hüquqlarına zidd deyil" - Mərkəzi Bank
Azərbaycan Mərkəzi Bankı (AMB) daşınmaz əmlakın icbari sığortasının vətəndaşların konstitusiya hüququna zidd olması ilə bağlı iradlara cavab verib.
AMB-dən verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortasının vətəndaşların konstitusiya hüququna zidd olması fikri kökündən yanlışdir. Əksinə, bu icbari sığorta növü, insanlarin konstitusiyada müəyyən olunmuş mənzil hüququnun təmin olunmasının sabitliyi və fasiləsizliyi üçün bir alətdir.
Mərkəzi Bankdan həmçinin əlavə edilib ki, sadə vətəndaşlar daşınmaz əmlakın icbari sığortasının olmamasına görə qanunla cərimələnə bilər: "İnzibati Xətalar Məcəlləsinin (İXM) 469.1-ci maddəsinin tələblərinə uyğun olaraq, icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. Həmin maddənin qeyd hissəsinə birinci cümləsinə əsasən şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur".
Bununla belə, cərimə mexanizminin tətbiq edilməsi ilə bağlı məsələ hələ də açıq şəkildə qalmaqdadır.
Qeyd edək ki, İcbari Sığorta Bürosu ilə İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin sistemi arasında inteqrasiyanın yekunlaşması ilə iyunun 1-dən daşınmaz əmlakın icbari sığortası artıq elektron qaydada həyata keçirilir. Sistem üzərindən sığortasız evlərin müəyyən edilməsi eyni zamanda bununla bağlı qanunla müəyyən edilmiş cərimələri gündəmə gətirib. Sığorta şirkətləri və vasitəçilər cərimələrlə bağlı təbliğat kampaniyası apararaq vətəndaşların sığortaya cəlbinə çalışırlar. Cərimə mexanizminin hələlik formalaşmaması fiziki şəxslər üzrə, yəni sadə vətəndaşların buna görə cərimələnməsini mümkünsüz edib. Yaranmış vəziyyətlə əlaqədar isə ümumilikdə ekspertlər daşınmaz əmlakın sığortasının icbari qaydada tələb edilməsinin Konstitutsiyaya zidd olduğunu bildiriblər. "Daşınmaz əmlakın icbari sığortası avtomobillərin icbari sığortasından fərqli olaraq üçüncü şəxs qarşısında tətbiq edilmir. Mənzillərin sığortası mülkiyyətçinin öz zərərini minimuma endirmək üçün atılan addımdır. Bunun məcbur edilməsi mülkiyyətçinin seçim hüququnu pozmaqdır"- ekspertlər əlavə edib.
© APA
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
11 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
10 saat əvvəl
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
-
10 saat əvvəl
Təcili pul lazım olanlara dəstək üçün kampaniya – 15 min manatadək kredit ®
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®
Ən çox oxunanlar
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb
"CFI Financial”da 7 dəfədən çox artım
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib






















